“Bomj”u döyərək öldürən şəxsə hökm oxundu
Yusif Nəzərli
09:20 10.12.2022
Cəmiyyət
307
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində tanışını öldürməkdə təqsirləndirilən Çingiz Əliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
İttihama görə, hadisə 2021-ci ildə təxminən saat 03 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Aviakassa” deyilən ərazinin qarşısındakı meydanda qeydə alınıb.
Belə ki, Çingiz Əliyev meydanda əvvəlcədən tanıdığı zərərçəkmiş Vəlixan Həsənovla (şərti) qarşılaşıb. Olaydan bir həftə əvvəl Vəlixan əlindəki şüşə ilə onun boğazını kəsdiyi üçün hər iki şəxs arasında mübahisə yaranıb. Çingiz bunun intiqamını almaq üçün onun sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurub. Bu zaman zərərçəkmiş şəxs yerə yıxılıb, təqsirləndirilən şəxs ardınca onun yaxasından tutaraq iki dəfə baş nahiyəsini yerə çırpıb, sonda isə təpiklə bir neçə dəfə sifət nahiyəsinə zərbələr endirib.
Vəlixan Həsənov başın küt travması nəticəsində baş beyinə qansızma xəsarətindən xəstəxanada ölüb.
Daha sonra Çingiz Əliyev saxlanılıb.
Qeyd: Çingiz Əliyev ifadəsində deyib ki, spirtli içki alduçəsidir. Bununla bağlı 9 dəfə Sumqayıt şəhər narkoloji dispanserində müalicə də alıb.
Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində göstərib ki, Vəlixan onun doğma qardaşıdır. Onun sözlərinə görə, Vəlixan tüfeyli həyat tərzi keçirirmiş.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm