Boşanmaların sayı artır!- Çıxış yolları göstərildi: “Ciddi struktur yaradılmalıdır”
Yusif Nəzərli
13:56 15.12.2021
Cəmiyyət
511
“Qurumlar məsələnin kökünə enmirlər. Günün tələblərinə uyğun metodlarla işləsələr, düzgün nəticə əldə edə bilərlər”
Bu ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 461 00 nikaha daxilolma və 143 16 boşanma halları qeydə alınıb. Bu barədə "Sherg,az"a Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.
Niyə boşanmalar bu qədər artır?
Sosioloq - alim Əhməd Qəşəmoğlu “Sherg.az” açıqlamasında qeyd edib ki, son 10-20 ildə cəmiyyət xeyli mürəkkəbləşib və həssaslaşıb:
“Bizim ailə məsələləri ilə məşğul olan müəssisələr elə bilir ki, 30-40 il bundan qabaq ailə problemləri necə həll olunurdusa, indi də o cür edilməlidir. Hər şeyi axarına buraxıblar. Bu işlə ciddi məşğul olan yoxdur. Bu işləri təkcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsi həll edə bilməz. Onlar icraçıdır, qarşıya qoyulan vəzifələri yerinə yetirirlər”.
Ə.Qəşəmoğlu diqqətə çatdırıb ki, bu ölkədə ailə ilə bağlı ciddi siyasi struktur yaradılmalıdır:
“Məsələn, humanitar və sosial siyasətdə yeniliklər olmalıdır, elmi əsaslarla fəaliyyət proqramı hazırlanmalıdır. Biz aydınlaşdırmalıyıq ki, ailənin cəmiyyətdə əsas funksiyaları nədir. Bunu "Ömrün uğurlu bünövrəsi" adlı kitabımda izah etmişəm. Gərək dəqiqləşdirək ki, cəmiyyətin dəyişdiyi bir vaxtda hansı işləri görsək, ailə institutu möhkəmlənər. Ancaq bu tərəfdən yanaşmırlar. "Biz qadınlara hüquqlarını öyrətdik", "Ailədə qadın zorakılığının qarşısını almaq üçün böyük işlər gördük" kimi fikirlər səsləndirirlər. Bunlar köməkçi vasitələrdir, problemlərin özüdür. Qurumlar məsələnin kökünə enmirlər. Günün tələblərinə uyğun metodlarla işləsələr, düzgün nəticə əldə edə bilərlər".
Ə.Qəşəmoğlu boşanmanın ümumi təsirlərindən də danışıb:
“Boşanma ona görə dəhşətlidir ki, bu tək qadın ilə kişinin ayrılması ilə nəticələnmir. Həmçinin yeni nəsilə də mənfi stimul verir. Onların da taleyində, fikirlərində və əməllərində münaqişə baş verir, xaos olur. Gərək bu məsələlər üçün həyəcan təbili çalınsın, həssas mövqe qoyulsun”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat