
Bu ərazilərdə hava xəttləri sökülərək yeraltı kabellə əvəzlənir - FOTO
Bu ərazilərdə hava xəttləri sökülərək yeraltı kabellə əvəzlənir - FOTO
08:25 23.07.2024
Cəmiyyət
350
Bakı şəhərinin Hava Limanı, Zığ şossesi və 8 Noyabr prospektində 5 yerdə yolların üzərindən keçərək kəsişən və Hava Limanı yolunun kənarında yerləşən 110 kV-luq iki dövrəli yüksək gərginlikli hava xətləri “AzərEnerji” tərəfindən sökülərək yeraltı kabel xətlərinə keçirilir.
"Sherg.az"ın xəbərinə görə, yol kəsişmələrində nəqliyyatın intensiv hərəkəti hava xətlərinin istismarında çətinliklər yaratmaqla yanaşı, strateji əhəmiyyətli yolların estetik görünüşünə də xələl gətirirdi. Ona görə də ümumi uzunluğu 5,55 km olan hava xətləri və 44 ədəd iri anker dayaq xüsusi layihə əsasında demontaj edilərək, 33 km uzunluqda ikidövrəli görünməz yeraltı kabellərlə əvəz edilir.
Qeyd edək ki, yeraltı kabel keçidlərinin inşası zamanı intensiv hərəkətli yollar qazılmayıb və nəqliyyatın hərəkətinə heç bir maneə törədilmədən xətlər böyük həcmli borularla birlikdə xüsusi texnika vasitəsilə yolun kəsişməsində yerin alt hissəsi ilə keçirilib. Ən əsası enerjinin verilişində fasilə olmayıb. Ekoloji tələblərə cavab verən yeraltı xətlərin çəkilməsi baş verə biləcək qəza və bədbəxt hadisələrin qarşısının alınmasına, enerjinin ötürülməsinın daha müasir və keyfiyyətli qaydada həyata keçirilməsinə səbəb olacaq.
“AzərEnerji” tərəfindən həyata keçirilən bu işlərin avqust ayında başa çatdırılması nəzərdə tutulur.

Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət