
Bu evlərin çıxarışla təminatı həyata keçirilməyəcək -EKSPERTDƏN ŞOK AÇIQLAMA
08:59 24.07.2024
Cəmiyyət
470
Yüksəkgərginlikli elektrik xətlərinin altında yerləşən evlərin sənədləşdirilməsi asanlaşa bilər.
Xezerxeber.az-ın məlumatına görə, artıq bir müddətdir ki, yüksəkgərginlikli hava xətləri yeraltı kabellərlə əvəzlənir. Hazırda hava limanı, Zığ şosesi və 8 Noyabr prospektindəki beş yerdə bu işlər icra olunur.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, görülən bu işlər sayəsində sözügedən ərazilərdə tikilmiş çoxsaylı evlər üçün çıxarış problemi də öz həllini tapmış olacaq.
Qeyd edək ki, yüksəkgərginlikli hava xətlərinin yeraltı kabellərlə əvəzlənməsi digər ərazilərdə də planlaşdırılır.
Əmlak eksperti Ramil Qasımzadə “Sherg.az”a bildirib ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı iş gedir:

“Yüksəkgərginlikli elektrik xəttlərinin altında yerləşən evlər mühafizə zonasındadırsa, onların sənədləşdirilməsi mümkün olmayacaq. Lakin burada müəyyən istinsanlar ola bilər. Əgər yüksəkgərginlikli xəttlərin kənardan keçirilməsi, yaxud yeraltı kabellərlə dəyişdirilməsinə imkan olarsa, həmin evlərin sənədləşməsi mümkün ola bilər. Lakin yüksəkgərginlikli xəttlərin yerinin dəyişdirilməsi və ya yeraltı kabellərlə əvəzlənməsi mümkün olmasa, evlərə çıxarışlar verilməyəcək. Ümumiyyətlə yüksəkgərginlikli xəttlərin altında yaşayan insanlar bilməlidir ki, təhlükə altındadırlar. Yəni bir çox fəsad yaradan xəstəliklər məhz həmin ərazilərdə yaşamanın nəticəsində yaranır. Çünki daim radiasiya altında yaşayan insanlarda müxtəlif pis xəstəliklər, xərçəng baş qaldıra bilər. Bu səbəbdən də vətəndaşların özləri yüksəkgərginlikli xəttlərin altında evlər inşa etməməlidirlər. Yaşayış məskəni həmin yerlərdən ən azı 50 metr kənarda olmalıdır. Hökumət də insanların təhlükəsizliyi baxımından bunu düşünür. Gələcək zamanda xəttlərin altında olan evlərin söküntüsü də reallaşdırıla bilər. Bu səbəbdən də yüksəkgərginlikli xəttlərin altında yerləşən tikililərin çıxarışla təminatı həyata keçirilməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya