"Daşınmaz əmlakın reyestrini açıq etməliyik" - Hüquqşünas
12:09 23.01.2022
Cəmiyyət
782
"Bunun konkret müsbət tərəfləri var. Birincisi, açıq dövlət reyestri korrupsiyanın və məmur özbaşınalığının qarşısını alır"
"Korrupsiyanın, məmur özbaşınalığının, insan haqlarının tapdalanmasının əsas səbəblərindən biri də daşınmaz əmlakın dövlət reyestrinin qapalı olmasıdır".
"Sherg.az" xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov deyib.
Ekspert bildirib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5-ci maddəsi “Dövlət reyestrinin açıqlığı” adlansa da, həmin maddənin məzmunundan belə çıxır ki, məlumat yalnız hüquq sahibinin özünə verilir:
"Əksər ölkələrdə bu reyestr hamıya açıqdır. Bütün məlumatlar müvafiq portalda yerləşdirilir, daxil ol və əldə et. Bu, şəffaflığın əsas göstəricilərindən biridir. Ölkəsinə sahib olan xalq ilk növbədə onun ərazisinin – torpaq sahələrinin, binaların kimə məxsus olduğunu bilməlidir. Bunun konkret müsbət tərəfləri var. Birincisi, açıq dövlət reyestri korrupsiyanın qarşısını alır. Məmurlar əmlakı yaxınlarının adına əldə etsə belə, bunu araşdırmaq mümkün olur. İkincisi, açıq dövlət reyestri məmur özbaşınalığının qarşısını alır. Daşınmaz əmlakın özəlləşdirilməsi, müvafiq razılıqların verilməsi və s. şəffaflaşır. Məsələn, hansısa razılığı bir vətəndaşa verib, digərinə verməmək (rüşvət istəmək) mümkünsüz olur".
Ə.Həsənova görə, açıq dövlət reyestri insan haqlarının həyata keçirilməsini asanlaşdırır:
"Məsələn, qonşu mənzilinizi suya basıb. Kimi məhkəməyə verəcəksiz? Bunu müəyyən etməyə xeyli vaxt gedir. Reyestr açıq olduğu halda isə portal vasitəsilə dərhal əldə edə bilərsiz. Digər misal, binanızın yanında tikinti normalarına zidd nəsə tikilməyə başlayıb. Tikən kimdir? İcazəsi varmı? İndi bunu bilmək mümkün deyil. Açıq reyestrdən isə dərhal öyrənə biləcəksiz. Bu cür misallar çoxdur. Bir sözlə, şəffaf, effektiv iqtisadiyyat qurmaq istəyiriksə, ilk növbədə daşınmaz əmlakın reyestrini açıq etməliyik. İnsan hüquqları sırasında ən vacibi mülkiyyət hüququdur. Mülkiyyət hüququnun obyektləri sırasında isə ən vacibi daşınmaz əmlakdır. Çünki torpaq, miqdarı məhdud olan nemətdir. Buna görə də onun üzərində ictimai nəzarət yoxdursa, digər şeylər haqda danışmaq belə əbəsdir. Ölkəmizə sahib olaq!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat