Deputat: "Dərman qıtlığı və xəstələrin düşdüyü vəziyyət təcili tədbirlərin görülməsini labüd edir"
Yusif Nəzərli
07:11 06.12.2022
Cəmiyyət
249
"Dərman qıtlığı və xəstələrin düşdüyü vəziyyət təcili tədbirlərin görülməsini labüd edir".
“Report” xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentin dekabrın 6-da keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, xüsusilə də müalicədə təsirli sayılan dərmanların və onların əvəzedicilərinin olmaması da pasiyentlərin müalicəsinin gedişatında da problemlərə səbəb olur: “Dərman qıtlığı və xəstələrin düşdüyü vəziyyət təcili tədbirlərin görülməsini labüd edir. Səbəbləri doğru dəqiqləşdirmək lazımdır. Burada görünən əsas üç səbəb hiss olunur. İkisi bizdən asılı olmayan beynəlxalq səbəblərdir. Sonuncu məsələ isə ölkədaxili məsələdir. Hər bir qurum problemin ciddiliyini anlayır. Əfsus ki, hələ də problem həllini tapmayıb”.
O qeyd edib ki, pandemiyanın dünya iqtisadiyyatı üçün yaratdığı sıxıntılar bu gün də hiss olunur:
"İstehlak və istehsal zəncirinin qopması qiymət artımını qaçılmaz edir. Ukrayna Rusiya arasındakı müharibə də həmin ölkələrdən dərman idxalına mane olur. Bu da dünyada qiyməti qalxan və təlabatı yüksək olan dərmanlara əlçatanlığı xeyli azaldır. Qiymət tənzimləmə mexanizminin olmaması səbəbindən özəl şirkətlər yaranmış vəziyyətə uyğun qiymət artımı edə bilmədikləri üçün onların ölkəyə gətirməyin zərərli olduğunu deyirlər. Ona görə də mexanizmləri təkmilləşdirmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm