DSMF-nin rüşvətə görə tutulan vəzifəli şəxsinə 9 il 6 ay həbs cəzası verilib
Yusif Nəzərli
14:18 21.03.2022
Cəmiyyət
701
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Cəlilabad rayon şöbəsinin rüşvətə görə tutulan sabiq baş mühasibi Pərviz İsgəndərov və onun tanışları - Qalib Ələsgərovla Malik Nəsirova hökm oxunub.
“Report”un məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə P.İsgəndərov 9 il 6 ay, Q.Ələsgərov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, Q.Ələsgərovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib və o, məhkəmə zalında həb olunub.
Digər təqsirləndirilən M.Nəsirov isə 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Hazırda şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılır.
Qeyd edək ki, DSMF-nin Cəlilabad rayon şöbəsinin sabiq baş mühasibi P.İsgəndərov və tanışları 2020-ci ilin may ayında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində P.İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3 700 manat məbləğində pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib. Daha sonra onun və tanışları Q.Ələsgərovla M.Nəsirovun digər cinayət əməlləri üzə çıxıb.
Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və P.İsgəndərovun barəsində həbs qətimkan tədbiri, Q.Ələsgərovla M.Nəsirovun barələrində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu seçkilərin “oğurlanmağa çalışıldığını” iddia etdi
19:47 27.10.2026
Dünya
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm