"World Population Review" platformasının 2026-cı il üzrə hazırladığı "Ən çox ziyarət edilən ölkələr" hesabatında Türkiyə dünyanın ən çox turist qəbul edən 4-cü ölkəsi olub.
Sherg.az xəbər verir ki, hesabata əsasən, Türkiyə ötən il 60,6 milyon beynəlxalq ziyarətçi qəbul edib. Bununla da ölkə İtaliya, Meksika, Böyük Britaniya, Almaniya, Yaponiya və Yunanıstanı geridə qoyub.
Siyahıya 102 milyon turistlə Fransa başçılıq edir. Sonrakı pillələrdə isə 93,8 milyon ziyarətçi ilə İspaniya və 73,4 milyon turistlə ABŞ qərarlaşıb.
Fransa – 102 milyon turist
İspaniya – 93,8 milyon turist
ABŞ – 73,4 milyon turist
Türkiyə – 60,6 milyon turist
İtaliya – 57,7 milyon turist
Meksika – 45 milyon turist
Böyük Britaniya – 41,8 milyon turist
Almaniya – 37,5 milyon turist
Yaponiya – 36,9 milyon turist
Yunanıstan – 36 milyon turist
Hesabatda qeyd olunur ki, Türkiyə 56,3 milyard dollardan çox turizm gəliri ilə dünyanın aparıcı turizm iqtisadiyyatları sırasında yer alır. Bu uğur ölkənin tarixi və mədəni irsi, təbii gözəllikləri, qastronomiyası və son illərdə həyata keçirilən beynəlxalq tanıtım strategiyaları ilə əlaqələndirilir.