Əhməd Şahidov: “Yeni ideyalarla yaşayan hər bir vətəndaş “Könüllülər ili”ndən maksimum yararlanmalıdır”
Ayyət Əhməd
14:03 30.12.2019
Cəmiyyət
941
Xəbər verildiyi kimi bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşmışdır”.
Prezidentin məlum sərəncamına münasibət bildirən hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib ki, sərəncam zamanında doğru verilmiş bir qərardır:
“Çünki Azərbaycan son illər ərzində dünyanın könüllülər hərəkatının mərkəzinə çevrilib. İstər ASAN könüllüləri olsun, istərsə də digər könüllülərlə bağlı hərəkatlar aktivdirlər. Müxtəif idman yarışları Azərbaycanda keçirilən zaman bu qüvvələrin imkanlarında maksimum istifadə edilir. Bu baxımından 2020-ci ilin “Könüllülər ili” elan edilməsi Azərbaycan cəmiyyəti, insanı üçün böyük bir sevinc hissidir. Ümumiyyətlə könüllülük yeni ideyalar, yeni inkişaf, yeni nəfəs, yeni innovativ, “Start-UP” ideyalar deməkdir. Cənab Prezidentin son aylar uğurla həyata keçirdiyi islahatlar fonunda gənclərin müxtəlif dövlət qurumlarında irəli çəkilməsi əslində könüllülük fəlsəfəsinin bir parçasıdır. Bu baxımdan gənclər də sevinirlər, 2020-ci ilin “Könüllülər ili” elan olunmasını alqışlayırıq”.
Şahidov hesab edir ki, hər bir gənc, yeni ideyalarla yaşayan hər bir Azərbaycan vətəndaşı “Könüllülər ili”ndən maksimum yararlanmalıdır:
“Hər birimiz, böyük ailəmiz olan Azərbaycanın inkişafı və tərəqqisi üçün əlimizdən gələləni əsirgəməməliyik. Biz gənclər cənab Prezidentin siyasətinə dəstək olmalıyıq, öz təkliflərimizi, planlarımızı, fəaliyyətimizi ölkəmizin inkişafı istiqamətində qurmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşdü
16:42 08.12.2025
Siyasət
Aİ İlon Maska cavab verib
16:27 08.12.2025
Dünya
“Qarabağ” - “Ayaks” matçına satılan biletlərin sayı açıqlanıb
16:20 08.12.2025
Futbol
6 gün Bakıya qar yağacaq - Tarixi bilindi
16:12 08.12.2025
Ekologiya
Suriya Bəşər Əsədin devrilməsinin ildönümünü qeyd edir
16:05 08.12.2025
Dünya
Məhkəmədən Məmməd İbrahim barəsində qərar...
15:58 08.12.2025
Hadisə
Tezliklə Rusiya və Ukrayna arasında sülh elan oluna bilər
15:40 08.12.2025
Dünya
Zelenski: Danışıqlar ərazi məsələsinə görə dalana dirənib
15:33 08.12.2025
Dünya
"Qarabağ"dan "Ayaks"la oyun öncəsi azarkeşlərə müraciət
14:55 08.12.2025
Futbol
Antalyada 4,9 bal gücündə zəlzələ olub
14:42 08.12.2025
Dünya
Bələdiyyə işçiləri ayaqqabısız etiraz aksiyası keçirirlər
14:36 08.12.2025
Dünya
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb
14:32 08.12.2025
Media
Kupon Booking “Dedublüman”ı Bakıya gətirir
13:53 08.12.2025
Şou
Tramp "Netflix"lə razılaşmanın problem yaradacağını düşünür
13:40 08.12.2025
Dünya