Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi vəfat etdi

Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi, ehtiyatda olan polkovnik Oqtay Məmmədov vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə azərbaycanlı siyasətçi Aqil Səmədbəyli məlumat yayıb.

Qeyd edək ki, Oqtay Məmmədov 1992-1993-cü illərdə Əbülfəz Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi olub.