Əli Əsədov Ərəb Dövlətləri Liqasının Baş katibi ilə görüşüb
Yusif Nəzərli
11:29 17.06.2022
Cəmiyyət
289
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 17-də Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbu Əl-Ğeytlə görüşüb.
Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, tədbir çərçivəsində keçirilən müzakirələrin və fikir mübadiləsinin qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib-hazırlanmasına töhfə verəcəyinə əminlik ifadə olundu.
Dünyada yeni çağırışlar, o cümlədən hazırkı beynəlxalq geosiyasi vəziyyət, qlobal təhlükəsizlik məsələləri, qida böhranı riskləri, enerji çatışmazlığı problemi, pandemiya ilə mübarizə və bir çox digər məsələlər müzakirə olundu.
44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda regional təhlükəsizliklə bağlı fikirlərini bölüşən Baş nazir Azərbaycanın Cənubi Qafqazın sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsinə çevrilməsi üçün səylərini əsirgəmədiyini diqqətə çatdırdı.
Regionda nəqliyyat-kommunikasiya sisteminin bərpasının gələcək üçün böyük perspektivlər vəd etdiyi və bu baxımdan Zəngəzur dəhlizinin yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulandı.
Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq, bərpa və yenidənqurma işləri barədə məlumat verildi.
Görüşdə, həmçinin Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın perspektivləri müzakirə olundu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət