"Ona görə bu təxribatların coğrafiyasını da genişləndirirlər. Yəni əvvəl təkcə Kəlbəcər idi, sonra digər ərazilərdə də təxribatlara əl atdılar. Naxçıvana gəldikdə, bura həmişə ermənilərin gözünün dağı olub. Təbii ki, indi də elədir. Bilirik ki, iki aydan sonra Qars müqaviləsinin 100 ili tamam olacaq. Qeyd edim ki, Qars müqaviləsi konkret olaraq Zaqafqaziya respublikaları ilə Türkiyə arasında bağlanmış bir müqavilədir. Həmin müqavilənin şərtlərində Naxçıvan Azərbaycanın tərkibində qalmaqla, Azərbaycan ərazi bütövlüyü Ermənistan tərəfindən tanınıb. Düzdür, sonralar ermənilər bunun əleyhinə çox güclü təbliğat aparırdılar və o müqavilənin ləğvini belə tələb edirdilər. 2016-cı ildə bu məsələni Rusiyada da qaldırmışdılar. Amma təbii ki, bütün bunların arxasında Rusiyanın maraqları durur. Hətta 1945-ci ildə Qars müqaviləsinin ləğvi üçün V.Molotov Türkiyənin Moskvadakı səfirini dəvət etmiş və ona bir xəbərdarlıq da etmişdi. Bilirsiniz ki, SSRİ-nin faşizm üzərində qələbəsindən sonra artıq onun qabağında kimsə dura bilmirdi. Türkiyə isə çox çətin durumda idi. Bu zaman Çörçill bu məsələdə çox böyük xidmət göstərdi. Düzdür, Truman bitərəf qaldı, yəni həmişəki kimi Amerika bir çətinlik olanda qıraqda durur. Ancaq V.Çörçill SSRİ-nin daha da genişlənməsini istəmədi və bunu dayandırdı. Bu gün də həmin müqavilə qüvvədədir".
Ermənistan Naxçıvana hücum etsə...