Ermənistan məhkəməsi müxalif “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyanın həbs müddətini üç ay uzadıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Xatırladaq ki, iyulda həbs olunan Qaqik Sarukyan külli miqdarda dələduzluq və çirkli pulların yuyulmasında ittiham edilir.