Həm cizgi filmlərinə, həm də uşaq ədəbiyyatına diqqət artırılmalıdır
Banuçiçək Kalbalıyeva
07:07 31.03.2020
Cəmiyyət
730
Bu günlərdə efirdə təqdim olunan cizgi filmlərinin biri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Tərcümə edilən cizgi filmindəki "Bas getsin" ifadəsini ictimaiyyət birmənalı qarşılamayıb.
Tərcüməmiz zəifdirsə, gərək özümüz cizgi filmləri istehsal edək. Amma əfsuslar olsun ki, ölkəmizdə uşaqlar üçün nəinki cizgi filmi, bədii ədəbiyyat da yox səviyyəsindədir. Cizgi filmlərinin, ədəbiyyatların uşaqların təfəkkürünü inkişaf etdirdiyini nəzərə alsaq problemin kifayət qədər ciddi olduğunu deyə bilərik.
Məsələ ilə bağlı "Sherg.az"a danışan jurnalist Seymur Əliyev qonşu ölkələrdə konkret sektorlardakı durumun qat - qat yaxşı olduğu qənaətindədir:
"Şübhəsiz ki, bu gün istər cizgi filmləri, istərsə də uşaq ədəbiyyatı ilə bağlı mövcud vəziyyətin arzuolunmaz səviyyədə olduğu bir reallıqdır. Azərbaycana qonşu olan Rusiya, Türkiyə kimi dövləltərlə müqayisədə ölkəmizdəki bu gerilik daha çox diqqət çəkir".
Jurnalistin sözlərinə görə, uşaqların tərbiyə olunmasında bu vasitələr müstəsna əhəmiyyət kəsb edir:
"Həm cizgi filmlərinin, həm də uşaq ədəbiyyatının uşaqların sadəcə dünyagörüşünün formalaşmasında deyil, eləcə də, onların şüurunda vətənə, onun qəhrəmanlarına sevgi və bağlılığın formalaşmasında mühüm rolu var. Təsadüfi deyil ki, bu gün dünyanın bütün qabaqcıl dövlətlərində xalqın tarixi, apardığı mübarizə, bu mübarizədə göstərilən fədakarlıqlar uşaqlara cizgi filmləri vasitəsi ilə təbliğ edilir. Bu baxımdan qardaş Türkiyənin təcrübəsi bizə nümunə ola bilər. Türkiyədə istər “Dədə Qorqud” dastanı, istər Qurtuluş savaşı, istərsə də digər tarixi olaylarla bağlı cizgi filmləri mövcuddur ki, uşaqlar bu cizgi filmləri vasitəsi ilə erkən yaşlarından vətənin, xalqın tarixi ilə bağlı qismən də olsa bilgi əldə edir, özlərini bu qəhrəmanlara bənzətməyə, oynadıqları oyunlarda belə onları təkrarlamağa çalışırlar. Yəni vətənpərvərlik tərbiyəsi, vətənpərvərlik şüuru onlarda həm də cizgi filmləri vasitəsi ilə təbliğ formalaşdırılır. Bu baxımdan Azərbaycanın həm cizgi filmləri, həm də uşaq ədəbiyyatına daha ciddi diqqət yetirməsinə ehtiyac var. Yaxşı olardı ki, Azərbaycanda da tarixi qəhrəmanlarımızla bağlı cizgi filmləri çəkilsin, xalqımızın düşmənlərlə, xüsusilə də erməni işğalçılarına qarşı apardığı mübarizə bu cizgi filmlərində öz əksini tapsın.
S. Əliyev vurğulayıb ki, son illər sözügedən istiqamətdə müəyyən işartılar hiss olunmaqdadır:
"Bu günlərdə dövlət televiziyasının 2016-cı ilin aprel döyüşləri, Lələtəpə əməliyyatı ilə bağlı cizgi filmi hazırladığı məlum olub. Bu, həm yaxın tariximizin, həm də real qəhrəmanlarımızın təbliği baxımından olduqca önəmli bir addımdır və hesab edirəm ki, digər televiziyalarımız da AZTV-nin bu təcrübəsini öyrənməli, tarixi səpgili cizgi filmlərinin sayı artırılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya