Horadiz-Ağbənd avtomobil yolunda aşkarlanan minalar zərərsizləşdirilib
Yusif Nəzərli
09:48 16.12.2021
Cəmiyyət
728
Cəbrayıl rayonunda minatəmizləmə əməliyyatları davam etdirilir.
"Report"un Cəbrayıl rayonuna ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşları tərəfindən Horadiz-Ağbənd avtomobil yolunun rayon ərazisindən keçən hissəsində aşkarlanan minalar partlayış üsulu ilə zərərsizləşdirilib.
Avtomobil yolu üzrə minatəmizləmə əməliyyatları ANAMA, eləcə də Azərbaycan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir.
ANAMA-nın baş mütəxəssisi Mədət Məmmədov "Report"a bildirib ki, hava şəraiti əməkdaşların daha səmərəli işləməyinə kömək edir: "Payız və qış aylarında ot örtüyü azalır. Bu da işimizi asanlaşdırır".
Qeyd edək ki, ANAMA tərəfindən icra edilən əməliyyatlar keçmiş təmas xətti boyu, yüksək çirklənmə müşahidə olunan ərazidə aparılır. Horadiz-Ağbənd avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatlarına Agentlik cari ilin 31 avqust tarixində başlayıb. Sifarişə əsasən, avtomobil yolunun 22-ci km-dən 36-cı km-dək olan hissəsinin, yəni 14 kilometrədək ərazinin təmizlənməsi nəzərdə tutulur. Onun 6 kilometri, və ya 190 ha ərazisi tam olaraq mina və PHS-lərdən təmizlənib.
Qeyd olunan ərazi üzrə ANAMA tərəfindən ümumən 752 ədəd mina və partlamamış hərbi sursat olmaqla, 396 ədəd piyada əleyhinə mina, 25 ədəd tank əleyhinə mina və 331 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib. Müdafiə Nazirliyi tərəfindən qeyd olunan layihə üzrə minatəmizləmə əməliyyatlarına 2021-ci il 1 iyun tarixində başlanılıb və 558 ha ərazi təmizlənib.
Xatırladaq ki, ANAMA Cəbrayıl rayonuna mediatur təşkil edib. Jurnalistlər Horadiz-Ağbənd avtomobil yolunun rayon ərazisindən keçən hissəsinin partlayıcı qurğulardan təmizləmə işini izləyiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat