I Qarabağ müharibəsi ilə bağlı əlilliyi müəyyyən edilmiş 16,7 minədək şəxs üzrə birdəfəlik ödəmə verilib
Yusif Nəzərli
08:04 08.12.2022
Cəmiyyət
309
I Qarabağ müharibəsi ilə bağlı əlilliyi müəyyyən edilmiş 16,7 minədək şəxs üzrə birdəfəlik ödəmə verilib.
Bu barədə "Report"a Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyindən bildirilib.
Məlumatda bildirilib ki, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı davam edir.
Bu il avqustun əvvəlindən başlanan proqram üzrə qeyd olunan kateqoriyaya aid artıq 16 659 şəxs üzrə birdəfəlik ödəmə verilib.
Onlardan 1017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib.
Birdəfəlik ödəmə ilə təminat proqramı üzrə bu günədək ödənilən vəsait isə 105,7 milyon manat təşkil edir.
E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat mövcud olan şəxslərə birdəfəlik ödəmə e-sistem üzərindən proaktiv qaydada təyin edilərək onların bank hesablarına köçürülüb və bu barədə SMS göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm