İlkin Süleymanovun məhkəməsi: “Zaur Baxşəliyev həmin məlumatları necə əldə edib?”
Yusif Nəzərli
15:58 07.12.2022
Cəmiyyət
423
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesində “Azad Azərbaycan” (ATV) telekanalının aparıcısı Zaur Baxşəliyevin məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırılıb.
“Report”un məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda yazılı vəsatəti İ.Süleymanov vəkilləri məhkəməyə təqdim edib.
Vəkillər vəsatətlərində Z.Baxşəliyevin efirlərin birində N.Quliyevin meyitinin tapılmasıyla bağlı verilən məlumatların da araşdırılmasını istəyiblər.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra təqsirləndirilən şəxsin müdafiəçiləri bildirib ki, aparıcı N.Quliyevanın başına vurulan zərbələrin sayını, meyitin üzərində olan əlamətlər barədə məlumatı hadisədən bir gün sonra efirdə səsləndirib:
“O, bunları necə əldə edib?”
Məhkəmədə mərhumun atası Şərif Quliyev deyib ki, həmin məlumatları Z.Baxışəliyeva özü söyləyib.
İ.Süleymanovun vəkilinin sözlərinə görə, cinayət işində qeyd olunub ki, meyitin tibbi ekspertizası günlərlə aparılıb:
“Belə olan halda gəlin, ekspertizaya cəlb olunan 4 nəfəri məhkəməyə dəvət edək, onlardan soruşaq, görək, bir gün içində bu məlumatları Nərminin atasına kim deyib? Çünki biz inanmırıq ki, Zaura həmin məlumatları Şərif Quliyev desin”.
Prosesdə vəkillər Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı A.Məmmədovun yenidən məhkəmədə dindirilməsini də tələb edib.
Məhkəmə həm ATV kanalında yayımlanan verilişə, həmçinin vəkillər tərəfindən təqdim olunan N.Quliyevanın itkin düşdüyü vaxtda keçirilən toy mərasiminin disklərinə baxılması, müdafiəçilərin qaldırdığı digər vəsatətləri nəzərə alaraq bugünkü məhkəməni yarımçıq saxlayaraq təxirə salıb.
Növbəti məhkəmə prosesi dekabrın 21-də keçiriləcək.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya