
İqtisadçı: Çörək niyə ucuzlaşmır deyə tələb irəli sürmək ədalətsiz olar
12:02 15.08.2024
Cəmiyyət
613
Azərbaycanda unun topdansatış qiyməti son aylarla müqayisədə yenə aşağı düşüb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, avqustun 12-dən etibarən istehsalçılar unun qiymətini bir manatadək azaldıblar.
Ötən ayla müqayisədə unun topdansatış qiymətində 0,7-1,3 manat azalma müşahidə olunur.
Açıqlanan rəsmi məlumatda ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26,1 - 27,8 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 26,8-28,5 manat, iyun ayında isə 28,3-29,5 manat təşkil edirdi.
Ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC, ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM tərəfindən bazara təqdim olunur.
Məsələyə münasibət bildirən tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, prinsip etibarı ilə, Azərbaycanda unun topdan satış qiymətinin ucuzlaşması çörəyin də ucuşlamasına gətirib çıxarmalı idi:

“Ancaq bu proses bizdə baş vermir. Çünki Azərbaycanda enerji daşıyıcılarının qiyməti bahadır. Ötən ay Azərbaycan Tarif Şurası tərəfindən benzinin və dizel yanacağının qiyməti bahalaşdı. Elektrik enerjisi, qaz və digər enerji daşıyıcıları ilə bağlı tariflər də bahalaşmaqda davam edir. Belə olan təqdirdə unun qiyməti ucuzlaşsa da iş adamları çörəyin qiymətini aşağı sala bilmir. Çünki əsas strateji ərzaq sayılan çörəyin dövlət tərəfindən istehsalı üçün satışını həyata keçirən iş adamları üçün güzəştli kreditlər nəzərdə tutulmayıb. Dövlət tərəfindən bu sahəyə hər hansı bir dotasiya göstərilmir. Nəticə etibarı ilə də sahibkarlar hər dəfə artan xərclərin qarşılığında qiymətləri aşağı sala bilmirlər. Hökumət xüsusi strateji ərzaq məhsullarının istehsalı ilə məşğul olan iş adamları üçün dotasiyalar, və daha aşağı kreditlər təklif etməlidir. Eyni zamanda enerji daşıyıcıları ilə bağlı müəyyən xüsusi limitlər və güzəştlər tətbiq olunmalıdır. Belə olan təqdirdə rəsmi bazara nəzarət edən dövlət qurumları qiymətlərin də müvafiq olaraq topdansatış xammal qiymətlərinin aşağı düşməsi nəticəsində aşağı salınmasını tələb edə bilərlər. Ancaq indiki halda hökumətin iş adamlarına, özəl sektorda çalışan çörək, un və un məmulatları istehsal edən sahibkarlara xaiş etmək üçün üzləri yoxdur. Ona görə də Azərbaycanda çörəyin qiyməti ucuzlaşmayacaq. Bir neçə həftə əvvəl dizelin və benzinin qiyməti bahalaşıb. Un 3-5 faiz ucuzlaşıbsa, çörək niyə ucuzlaşmır deyə tələb irəli sürmək absurd və ədalətsiz olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm