İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı - FOTO
Yusif Nəzərli
12:18 11.03.2022
Cəmiyyət
715
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşlarının sayıqlığı nəticəsində 63 kiloqram 305 qram narkotik vasitəyə və 1 970 ədəd psixotrop həblərə bənzər maddələrin İran İslam Respublikasından (İİR) Azərbaycana qanunsuz keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Belə ki, martın 9-da saat 22:40 radələrində Xidmətin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Marallı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dörd nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkəti sərhəd naryadı tərəfindən aşkar olunub.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazinin kolluq və sıx qamışlıq olmasından istifadə edərək sərhəd pozucularından 1 nəfərin geriyə İİR istiqamətinə, digər 3 nəfərin isə Azərbaycan tərəfə qaçmaları müşahidə olunub.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, ərazi qapadılıb, sərhəd pozucularının axtarışı üzrə əməliyyat-qoşun tədbirləri həyata keçirilib.
Martın 10-da saat 12:35 radələrində nəzarət altında saxlanılan hadisənin baş verdiyi əraziyə gələn 1 nəfər şübhəli şəxs geri qayıdarkən saxlanılıb. Onun Beyləqan rayonu 1-ci Şahsevən kənd sakini 1982-ci il təvəllüdlü Abdullayev Mehman Əli oğlu olması müəyyənləşdirilib.
Saxlanılan şəxsin əlindəki 3 kisəyə baxış zamanı içərisində təxmini çəkisi 63 kq 305 qram narkotik vasitəyə (35 kq 450 qram heroin, 14 kq 140 qram metamfetamin, 13 kq 66 qram marixuana, 55 qram tiryək və 1970 ədəd psixotrop həblərə bənzər maddələr, eləcə də 6 şüşədə 10,5 litr “Çaykovski” markalı spirtli içki aşkar olunaraq götürülüb.
Azərbaycan ərazisinə qaçmağa nail olmuş 3 nəfər sərhəd pozucularının saxlanılması məqsədilə axtarış ərazisi müəyyən edilib, pilotsuz uçuş aparatlarının tətbiqi, xidməti itlərin cəlb edilməsi ilə xüsusi axtarış qruplarının həyata keçirdiyi intensiv tədbirlər nəticəsində martın 11-də sərhəd pozucularının sərhədboyu zolaqda qamışlıq sahədə gizləndiyi yer aşkarlanaraq saxlanılıblar.
Qaçaqmalçıların İran İslam Respublikasının vətəndaşları - 1977-ci il təvəllüdlü Quluzadə Əkbər Hüseyn, 1980-ci il təvəllüdlü Bagiri Malik Bəhrəm və 1998-ci il təvəllüdlü Əsədi Əli Əhsən olmaları müəyyənləşdirilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət