İşdən çıxarılan Əhəd Abıyev danışdı: "Aran rayonlarında işləyə bilərəm"
İşdən çıxarılan Əhəd Abıyev danışdı: "Aran rayonlarında işləyə bilərəm"
Yusif Nəzərli
13:34 18.07.2023
Cəmiyyət
383
İşdən çıxarılan Əhəd Abıyev danışdı: "Aran rayonlarında işləyə bilərəm"
"Daşkəsən rayonunda heç kim 1-2 ildən artıq işləməyib. Amma mən 13 ildir ki, burada icra başçısıyam".
Qaynarinfo xəbər verir ki, bunu Azvision.az-a açıqlamasında Daşkəsən rayonunun keçmiş icra başçısı Əhəd Abıyev deyib.
O, öz ərizəsi ilə işdən çıxmaq barədə Prezident İlham Əliyevə müraciət etdiyini bildirib:
"Daşkəsən dağlıq rayondur. Son vaxtlar burada sel, təbii fəlakətlər çox olur, səhhətimə pis təsir edir. Amma Aran rayonlarında işləyə bilərəm, hələ gümraham. İndi Prezidentin göstərişini gözləyirəm. Allah ona can sağlığı versin, o, özü bilən məsləhətdir. Nə desə, o da olacaq. Biz Prezidentin əsgərləriyik. Mən də zabit kimi bu dövlətçiliyə, iqtidara sədaqətli olmuşam, sadiqlik nümayiş etdirmişəm".
Prezidentin etimadını hər an, hər zaman doğrultduğunu deyən Əhəd Abıyev bildirib ki, bu gün Daşkəsən rayonu şikayətlərin az olmasına görə birinci yerdədir.
"Rayonda sabitlik, əmin-amanlıqdır və heç bir söz söhbət yoxdur. Hazırda İcra hakimiyyətində, öz otağımdayam. Kollektivlə söhbət edib vidalaşıram. Sonra bir qonaqlıq olacaq, onunla da buradan ayrılacam".
Qeyd edək ki, dünən Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Əhəd Mikayıl oğlu Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, 2011-ci ilin fevralından Daşkəsənin icra başçısı vəzifəsində çalışırdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat