Karantin rejimi: İnsanlar özlərini nə ilə ovudur? - SORĞU
Banuçiçək Kalbalıyeva
19:16 04.04.2020
Cəmiyyət
1476
İnsanlar darıxır- Koronavirus nə vaxt bitəcək?
Koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejimi elan olunub. Artıq bir neçə həftədir ki, insanlar nəinki işə, dərsə gedir, çoxları ümumiyyətlə, evdən çölə çıxmağa da cəsarət etmir.
Biz indi hər gün təkrarladığımız rutinlərdən, vərdişlərdən ayrı qalmağa məhkumuq. Amma gözümüz yolda, qulağımız səsdədir... Pandemiyanın bitəcəyi günü gözləyir, xoş xəbərin intizarı ilə evdə vaxtımızı keçirməyə çalışırıq. Şəhər sakinləri arasında apardığımız sorğu zamanı vətəndaşların cavablarında dərin bir nostalgiya, kədər hiss olunur:
Güney Firudunbəyova, BDU Jurnalistika fakültəsinin müəllimi:
"Martın 3-dən etibarən evdən çölə çıxmadığıma görə valideynlərim, bacım üçün darıxmışam. Az qala, hər gün üz tutduğumuz İçərişəhərə, kitab evlərinə də çoxdandır, gedə bilmirik. Amma onu da deyim ki, mən işlədiyimə görə ancaq şənbə, bazar günü övladımla vaxt keçirə bilirdim. İndi isə hər gün övladımın dərsləri ilə maraqlanır, onunla maraqlı oyunlar oynayırıq. Bunun yerini heç nə verə bilməz".
Şahanə Müşfiq, "525-ci qəzet"in əməkdaşı:
"Sosial izolyasiya günlərini hamı kimi mən də evdə keçirirəm. Məncə, elə ən doğrusu da budur. Çünki bu gün bizdən bir xalq olaraq, vətəndaş olaraq məsuliyyət tələb olunur, biz də bu məsuliyyətimizi anlayır və yerinə yetiririk.
Evdə qalmağıma baxmayaraq, işsiz qalmıram. "525-ci qəzet"in oxucuları bilirlər, yəqin ki, qəzetimiz müvəqqəti olaraq dərc olunmasa da, "525.az" saytı oxucularının ixtiyarındadır. Mən də hər gün bir neçə yazı, müsahibə və sorğularla saytda oxucularımızın görüşünə gəlirəm. Demək olar ki, günümün böyük hissəsi müsahibə almaq, sorğu aparmaq, araşdırma etmək və bunları yazıya köçürməklə, qısaca, işləməklə keçir. Bununla yanaşı, kitab oxuyur, filmlər izləyir, dissertasiyam üzərində işləyib, məqalələr yazıram.
Düzünü deyim ki, darıxmağa elə də çox vaxtım yoxdur. Özümə də qəribə gələcək şəkildə çox işləyirəm. Ən çox darıxdığım yer, desəm ki, var, yalan olar, desəm ki, yoxdur, yəqin yenə yalan olar. Redaksiyamız üçün darıxmışam, onu da evdə işləyərək və saytda çıxan hər yeni yazıma sevinərək ovuduram. Ondan başqa isə dilimizda Tarqovu dediyimiz, yəni Nizami küçəsində gəzmək və teatrlara getmək üçün darıxmışam. Doğrudur, teatrlar onlayn şəkildə repertuarını davam etdirir, Mədəniyyət kanalı yayımlayır, amma anladım ki, teatr canlı ünsiyyət sənətidir və teatrsız mənə çox çətindir. İndi ən çox teatra qovuşacağım günü gözləyirəm, deyəsən. Hər kəsə uğurlar arzulayır, ölkəmizin tezliklə bu bəladan ən az itkiylə qurtulub hamılıqla normal həyata qayıtmağı diləyirəm".
Qasım Xuluflu, tələbə:
"Koronavirusun yayılmasının qarşısını almaq üçün ölkəmizdə karantin vəziyyəti tətbiq edilir. Bu səbəbdən də bu günlərdə insanların sıx toplaşdıqları yerlərə getmirəm. Belə olduğu halda həm özümün, həm də ailəmin xəstəliyə yoluxmasının qarşısını almış oluram. Universitetlərdə tətillər başlayandan rayondayam. Bakıdan fərqli olaraq burada insanlar elə də sıx toplaşmırlar. Hərə öz təsərrüfatı ilə məşğul olur. Mən də boş vaxtlarımda mütaliə edirəm və təsərrüfat işlərində ailəmə kömək oluram. Ailəmdən uzaqda təhsil aldığıma görə bu günlərdə vaxtımın çoxunu onlarla keçirməyə üstünlük verirəm".
Günel Abbas, tələbə:
"Sevə-sevə getdiyim yerlərdən də, istəməyərək getdiyim yerlərdən ötrü də darıxıram. İnsan belə günlərdə ona bəxş edilən hər bir şeyin dəyərini daha yaxşı başa düşür. Oturub fikirləşirəm ki, biz əslində nə qədər xoşbəxt imişik. Elə bil, qorxu filminin ortasına düşmüşük. Hazırda mütəmadi olaraq evdəyəm. Ancaq yazılar yazıb müsahibələr hazırlamaqla məşğulam. Arada qalan vaxtlarımda kitablar oxuyuram. Maraq dairəmdə olan bütün filmlərə də baxmışam. Ona görə də arada boş vaxtlarımda başımıza gələn bu hadisələri düşünürəm. Düşündükcə də özümü ya yuxuda hiss edirəm, ya da elə bilirəm ki, indiyə qədər yaşadığım həyat gözəl bir röya imiş, bu hadisələr zamanı oyanmışam. Ən çox Jurnalistika fakültəsinin kollektivi və "525-ci qəzet"in redaksiyasındakı iş mühiti üçün darıxıram. Hər gün dua edirəm ki, tezliklə o günlərimizə qayıdaq. Yenə Bakıda insanların qaynadağı füsunkar məkanlardan reportajlar yazaq...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya