Kəbirə Məmmədovanın avtovağzalı bağlanır - Böyük məbləğdə CƏRİMƏ
Yusif Nəzərli
14:36 09.12.2022
Cəmiyyət
382
“Binə” Ticarət Mərkəzinin ərazisində avtovağzal aşkarlanıb.
“Qaynarinfo”nun məlumatına görə, “Binə” Ticarət Mərkəzində araşdırma aparılıb və müəyyən edilib ki, müxtəlif rayonlardan gəlmiş sərnişin avtobusları mərkəzin ərazisinə daxil olmaqla, oradan yenidən sərnişinləri toplayaraq müxtəlif ünvanlara çatdırmaqla qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurlar. Bir sıra nəqliyyat vasitələrinə Şirvan şəhər avtovağzalından verilmiş arayışda da təyinat nöqtəsinin “Binə” Ticarət Mərkəzi olması qeyd olunub.
Bütün bu işlər isə “Binə” Ticarət Mərkəzi kimi tanınan, rəsmi adı isə “Arazaviya” MMC olan şirkətin adı ilə görülüb.
O da məlum olub ki, “Binə” Ticarət Mərkəzindən kənar saxlayan sürücülərin sərnişindaşıma fəaliyyətinə mane olurlar. Onlara yalnız yüksək “yer haqqı” ödəməklə ticarət mərkəzinin daxilində fəaliyyət göstərməyə icazə verilir.
“Binə” Ticarət Mərkəzi ərazisində sərnişindaşıma fəaliyyəti göstərən avtobuslara nəzarət edən Ağa adlı şəxsdən xeyli sayda sürücü dövlət qurumlarına şikayət ərizəsi ünvanlayıb. Artıq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları sözügedən avtovağzalın fəaliyyətinin dayandırılması üçün iş aparır.
Agentliyin vəzifəli şəxsi bildirib ki, hazırda da müxtəlif rayonlardan gəlmiş sərnişin avtobusları “Binə” Ticarət Mərkəzinin ərazisinə daxil olmaqla, öz qanunsuz fəaliyyətlərini davam etdirirlər. Həmin əraziyə daxil olmaq üçün ancaq müvafiq nəzarət-buraxılış məntəqəsindən keçmək mümkündür.
“Binə” Ticarət Mərkəzi ərazisində icazə olmadan avtovağzal fəaliyyəti ilə məşğul olduğu müəyyən edildiyindən, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsinə əsasən, 1 sentyabrda protokol da tərtib edilib.
“Arazaviya”nın vəkili deyib ki, ərazi “Binə” Ticarət Mərkəzinin tərkibinə aid olsa da, həmin ərazidə və ona yaxın yerlərdə sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin onlarla heç bir əlaqəsi yoxdur. Eləcə də şikayət “Binə” Ticarət Mərkəzinin daxilində deyil, çölündə olan avtobusların fəaliyyəti ilə bağlıdır. Bu səbəbdən ticarət mərkəzi heç bir məsuliyyət daşımır. Əvvəllər, yəni pandemiyadan öncə ticarət mərkəzinin ərazisində başqa bir MMC tərəfindən müqavilə əsasında avtovağzal fəaliyyəti mövcud olub. Lakin pandemiyadan sonra həmin şirkət fəaliyyətini dayandırıb və bundan sonra “Arazaviya” MMC-yə məxsus “Binə” Ticarət Mərkəzinin ərazisində hər hansı bir avtostansiya fəaliyyət göstərməyıb.
Məhkəmənin qərarı ilə “Arazaviya” MMC İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, “Arazaviya” MMC-nin təsisçisi Kəbirə Məmmədova olsa da, qanuni təmsilçisi “Binə” Ticarət Mərkəzinin direktor müavini, “Araz-Avia” firmasının prezidenti Əmirova Dilşad Camşidovnadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət