Kənd Təsərrüfatı Nazirliyinin təltif olunmuş əməkdaşlarına medallar təqdim edilib
Yusif Nəzərli
18:10 01.11.2021
Cəmiyyət
427
Kənd Təsərrüfatı Nazirliyində 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş tədbir keçirilib.
“Report” xəbər verir ki, canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Yığıncaqda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Ölkəmizdə həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir.
Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuzun qısa zaman ərzində ərazi bütövlüyümüzün bərpa etməsi iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkan, perspektivlər və vəzifələr açır. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı prioritet sahələrdən biri elan edilib. Artıq azad edilmiş ərazilərdə kənd təsərrüfatının innovativ əsaslarda yenidən qurulması məqsədilə “Ağıllı kənd” layihələri icra olunur.
Tədbirdə çıxış edənlər bu gün aqrar sahədə əldə edilən uğurlar və yüksək nəticələrin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulayıblar. Sonra Prezident İlham Əliyevin oktyabrın 30-da kənd təsərrüfatı sektorunda çalışan bir qrup şəxsin fəxri ad, orden və medallarla təltif olunmasına dair imzaladığı Sərəncam oxunub, təltif olunan şəxslər təbrik edilib. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncamı ilə təltif edilmiş Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına medallar təqdim edilib. Dövlət başçısının imzaladığı sərəncamla təltif olunan nazirlik əməkdaşları və fermerlər verdiyi dəyərə görə dövlət başçısına minnətdarlığını bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə
ABŞ İraqın yeni Baş nazirinə İranla bağlı şərt qoydu
13:51 08.05.2026
Dünya