
Kirayə evlərə tələbat çox olduğundan bu sahədəki dələduzluq halları ön plana çıxır -AÇIQLAMA
11:07 06.01.2025
Cəmiyyət
419
Son dövrlərdə bir çox vətəndaş saxta kirayə ev elanlarının qurbanı olur.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saxta kirayə ev elanları ilə bağlı vətəndaşlara müraciətində qeyd edilib.
Bildirilib ki, bu kimi hallarla qarşılaşmamaq üçün diqqətli olmaq lazımdır.
"Elanı diqqətlə yoxlayın. Təklif çox ucuz görünərsə, ehtiyatlı olun. Qanuni sənədlər tələb edin. Əvvəlcədən ödəniş etməyin. Mənzili şəxsən görmədən razılaşma sənədi imzalamayın. Sizi aldatmaq istəyənlərə qarşı tədbirli olun! Əmin olmadığınız hallarda DİN-in 102 Zəng mərkəzinə, ərazi polis orqanlarına müraciət edin. Qanuni yaşayış üçün hər zaman təhlükəsiz yoldan gedin!", - müraciətdə vurğulanıb.
Məsələ ilə bağlı "Sherg.az"a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, internet dələduzluğu çoxalıb:

“Dələduzluq tək kirayə evlərdə baş vermir. Sadəcə kirayə evlərə tələbat çox olduğundan və tez icarəyə götürüldüyündən bu sahədəki dələduzluq halları ön plana çıxır. Ümumiyyətlə yaxşı qiymətə uyğun yerdə ev tapmaq çox qəliz olur deyə, kirayə ev elanı yerləşdirən kimi dərhal icarəyə götürülür. Hətta avqust aylarında tələbat təklifi 10 dəfədən çox üstələyir. Bundan da bəzi şəxslər xoşagəlməz şəkildə vətəndaşlara qarşı istifadə edirlər. Kimsə zəng vurub soruşanda ki, elan yerləşdirmisiniz, ev var o zaman deyirlər ki, "bəli, var lakin hər hansı bir məbləği bu karta atsaz evi sizin üçün saxlaya bilərik". Bu kimi dələduzluqla hər kəsdən 50 manat 100 manat əldə edilir və bu ümumilikdə heç də az məbləğ etmir. Adətən kiçik dələduzluq hallarına görə cinayət işi açılmırdı deyə bu hallar artıb. Ümumiyyətlə tanınmış saytlarda bir neçə elan yerləşdirilən kimi vətandaşlar buna aldanırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Binəqədidə bərbərxanada partlayış olub
19:58 31.03.2026
Dünya
Tramp: İranla müharibə tezliklə başa çatacaq
19:46 31.03.2026
Dünya
ABŞ üç Rusiya yük gəmisindən sanksiyaları götürdü
19:28 31.03.2026
Dünya
"Fənərbaxça"nın prezidenti Sadettin Saran yol qəzasına düşüb
19:14 31.03.2026
Futbol
Ceyhun Bayramov Belçika XİN rəhbəri ilə danışıb
18:33 31.03.2026
Siyasət
Alimləri heyrətləndirən hadisə - nadir quş torlara düşdü!
18:31 31.03.2026
Ekologiya
Bakıda yağışla bağlı bəzi sakinlər hotellərə yerləşdirilib
18:27 31.03.2026
Cəmiyyət
Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar başlayıb
18:20 31.03.2026
Mədəniyyət
Qazaxıstan prezidenti azərbaycanlı ictimai fəala təşəkkür etdi
18:15 31.03.2026
Cəmiyyət
Andrey Yermak Zelenskidən çox maaş alıb
18:05 31.03.2026
Dünya
Böyük Britaniya Kralı ABŞ-a səfər edəcək
17:55 31.03.2026
Dünya
Paşinyan və Putinin müzakirə edəcəyi mövzular açıqlandı
17:31 31.03.2026
Gündəm
ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib
17:24 31.03.2026
Gündəm
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
16:49 31.03.2026
Gündəm