Bakının Nərimanov rayonunda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) "Report"a verilən məlumata görə, cinayət əməlini törədən daha 3 nəfər - Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliyev Nərimanov rayonunda polisin keçirdiyi növbəti tədbirlərlə saxlanılaraq istintaqa təhvil veriliblər.
Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
13 noyabr, 16:49
Bakının Nərimanov rayonunda kafelərin birində baş verən insidentlə bağlı 3 nəfərin şəxsiyyəti müəyyən olunub.
"Report"un məlumatına görə, hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb.
Şəxsiyyəti müəyyən edilənlərin saxlanılması istiqamətində polis tərəfindən zəruri tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Məlumatı "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər.