"Koronavirusa qarşı əsl çempion hünəri göstərmək vaxtıdır"- Veteran idman jurnalisti
Banuçiçək Kalbalıyeva
13:18 26.03.2020
Cəmiyyət
805
Oqtay Bayramov:"Ayrı- ayrı mütəxəssislərin məsləhətlərinə çox ciddi şəkildə riayət etmək hər birimizin vətəndaşlıq borcu, əsas vəzifəsidir"
Bir neçə aydır ki, yayılmaqda davam edən koronavirus pandemiyası bütün dünya üçün real təhlükədir. Ayrı- ayrı ölkələrdən hər gün ölüm xəbərləri gəlir. Təəssüf ki, bəzi insanlar hələ də məsələnin ciddiliyini qəbul etmək istəmir, koronavirusa laqeyd yanaşırlar. Əməkdar jurnalist Oqtay Bayramov "Sherg.az"a açıqlamasında təhlükəyə qalib gəlmək üçün ən vacib məsələnin nizam- intizam olduğunu dedi:
"Bu çətin günlərdə Operativ Qərargahın bütün tövsiyələrinə, ayrı- ayrı mütəxəssislərin məsləhətlərinə çox ciddi şəkildə riayət etmək hər birimizin vətəndaşlıq borcu, əsas vəzifəsidir. Mən 50 ildən də bir qədər çoxdur ki, idman jurnalistikasındayam. Ona görə də yarış meydanlarında qələbələri, medalları ən intizamlı, məşqçilərin tapşırıq və göstərişlərini tam yerinə yetirənlərin qazandıqlarını yaxşı bilirəm. İndi idman həyatımızı dayandırmış koronavirusa qarşı mübarizədə də əsl çempion hünəri göstərmək vaxtıdır. Deməyim odur ki, hər birimiz bu mübarizədə ən yüksək mədəniyyətimizi, məsuliyyət hissimizi dərk etməklə, yəni birgə səylə çətin sınaqdan qələbə ilə çıxa bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya