Kür çayı ilə müqayisədə Araz çayının vəziyyəti daha acınacaqlıdır - AÇIQLAMA
Yusif Nəzərli
07:10 18.03.2022
Cəmiyyət
875
“Su problemini təkcə Kür çayı ilə əlaqələndirmək doğru deyil. Ötən ilin bu vaxtlarında Kür çayından Mingəçevir su anbarından aşağı ərazidə yerləşən rayonlara verilən suyun sərfiyyatı 60 kubmetr/san idisə, ötən həftədən bu, 90 kubmetr/san olub. Lakin yenə də Kür çayının aşağı axınında vəziyyət əvvəlkindən də pisdir”.
Oxu.Az xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Qulu Kərimov deyib.
O bildirib ki, bunun səbəbi Mingəçevir su anbarından sonra Kür çayına qovuşan, Böyük Qafqaz dağlarından qidalanan çayların suyunda azalmaların olmasıdır:
“Daha dəqiq desək, Türyançay, Girdimançay, Göyçay çaylarında suyun azalması bu məsələyə təsirsiz ötüşmür. Aşağı axında olan suyun nizamlanması bizim özümüzdən asılıdır. Bu məsələdə su ehtiyatlarından səmərəli istifadə, aidiyyəti qurumların fəaliyyətinin birgə təşkili, suyun uçotunun dəqiq aparılması və s. önəmlidir ki, bu istiqamətdə ciddi işlər görülüb. İlbəil ölkəyə daxil olan suyun azalmasına baxmayaraq, keçən ilin suvarma mövsümünün əvvəlinə 2020-ci ilə nisbətən 1 milyard kubmetrdən artıq su yığılmışdı. Bu sadəcə su ehtiyatının artması deyil, sudan düzgün istifadənin nəticəsidir. Ötən il ümumi su azalmasına rəğmən vəziyyət qənaətbəxş olub. Kür çayı ilə müqayisədə Araz çayının vəziyyəti daha acınacaqlıdır”.
Q.Kərimov deyir ki, iqlim dəyişikliyinə müdaxilə mümkün olmasa da, mövcud olan su ehtiyatlarından səmərəli istifadə ilə vəziyyəti nisbətən nizamlamaq olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol