İlin sonuna qədər orta inflyasiyanı birrəqəmli həddə endirmək mümkündür
Manatın məzənnəsi 6 ildir ki, sabitdir
Manatın məzənnəsi 6 ildir ki, sabitdir
Yusif Nəzərli
07:41 18.07.2023
Cəmiyyət
522
Millət vəkili: “Ölkəmizin iqtisadi imkanları inflyasiyanı aşağı həddə saxlamağa imkan verir”
İlin sonuna qədər orta inflyasiyanı birrəqəmli həddə endirmək mümkündür
İlin sonuna qədər orta inflyasiyanı birrəqəmli həddə endirmək mümkündür
Baş nazir Əli Əsədov “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” sərəncam imzalayıb.
Sərəncamla ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə İşçi qrup yaradılıb.
İnflyasiyaya təsir göstərən faktorlar sadalanır, dünyada geosiyasi gərginliyin davam etdiyi, iqtisadi sanksiyaların, pandemiyanın fəsadlarının hələ tam aradan qalxmadığı vurğulanıb: “Son dövrdə inflyasiya proseslərinin aktivləşməsi qlobal iqtisadiyyatın qarşılaşdığı əsas çağırışlardan birinə çevrilib. Dünyada geosiyasi gərginliyin davam etməsi, tətbiq olunan iqtisadi sanksiyalar, pandemiyanın yaratdığı fəsadların hələ də tam aradan qalxmaması, iqlim dəyişikliyinin kəskinləşməsi və qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı qeyri-müəyyənliklər inflyasiya proseslərinə təsir göstərməkdədir. Ölkədə inflyasiyanın daxili və xüsusilə də xarici faktorlarının aktivləşməsini nəzərə alaraq, qiymət artımı ilə effektiv mübarizə çərçivəsinin formalaşdırılması üçün mühüm işlər görülüb. Bu istiqamətdə həyata keçirilən antiinflyasiya tədbirləri inflyasiyanın kəskin artmasının qarşısının alınmasına zəmin yaradıb.
Bununla belə, ölkədə inflyasiyaya təsir göstərən faktorların müəyyən olunması, qiymət dinamikasının monitorinqi və təhlil sisteminin daha da gücləndirilməsi, bu istiqamətdə sıx koordinasiya çərçivəsinin formalaşdırılması iqtisadi artımı və sosial rifahı dəstəkləyən inflyasiya səviyyəsinə nail olunması baxımından vacibdir”.
Bəs, inflyasiyanın həddinin aşağı salınması üçün hansı addımlar atıla bilər?
Ekspertlərin fikrincə, birrəqəmli inflyasiya ilə bağlı proqnozlar verilsə də, bu, yaxın tarixdə mümkün olmayacaq. Bunun üçün ölkədə inflyasiyanı birrəqəmli səviyyəyə endirmək üçün bazar iqtisadiyyatına keçid sürətləndirilməli, bazarda rəqabətlilik yaradılmalıdır.
Mütəxəssislər qeyd edib ki, inflyasiyanın tənzimlənməsi üçün çox vacib məqamlardan biri yerli istehsalın genişləndirilməsi və tələbin daha çox yerli istehsal hesabına ödənilməsinə nail olunmasıdır.
Millət vəkili Azər Badamov isə “Sherg.az”a açıqlamasında deyib ki, ölkəmizin iqtisadi imkanları inflyasiyanı aşağı həddə saxlamağa imkan verir: “Milli valyutamız olan manatın məzənnəsi 6 ildir ki, sabitdir. Həm də xarici ticarət dövriyyəsində 10 milyard dollara yaxın profisitin yaranması iqtisadiyyata xarici təsirlərin azaldılmasına imkan verir. Düzdür, bu gün mövcud inflyasiyanın böyük hissəsi idxal olunan inflyasiyadır. Amma buna qarşı da tədbirləri gücləndirməklə ilin sonuna qədər orta inflyasiyanı birrəqəmli həddə endirmək mümkündür.
Xatırladım ki, iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə inflyasiyanın ikirəqəmlidən birrəqəmli göstəriciyə salınması ilə bağlı tapşırıq verib. Müşavirədə dövlət başçısının verdiyi tapşırıqları rəhbər tutaraq Baş nazir ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə İşçi qrupun yaradılması ilə bağlı sərəncam imzalayıb. Sərəncamda ölkədə inflyasiya proseslərinin təhlili üzrə işlərin daha da gücləndirilməsi və qiymət monitorinqinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüb, ayda bir dəfə nəticəsi barədə hesabatın Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasının təmin edilməsi ilə bağlı İşçi qrupa tapşırıq verilir. Hesab edirəm ki, yaradılacaq işçi qrupu ölkənin maliyyə vəziyyətini və inflyasiyanın artmasını doğuran səbəbləri araşdıracaq və görüləcək qabaqlayıcı tədbirləir sayəsində inflyasiya ilin sonuna qədər birrəqəmli həddə enəcəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol