Möhtəkirlik ! - Aptek 70 qəpiyə kustar üsulla hazırlanmış tibbi maska satdı və... - Foto
Banuçiçək Kalbalıyeva
08:55 20.03.2020
Cəmiyyət
1192
Feysbuk “istifadəçisi Təbriz Şıxbabayevin başına tibbi maskalarla bağlı qəribə, qəribə olduğu qədər də içacıdan bir hadisə gəlib. İstifadəçi hesabında yazr ki, Əcəmi metrosunun yaxınlığındakı "Zeytun" aptek ona heç bir ölçü və standarta cavab verməyən, kustar üsulla hazırlanmış tibbi maska satıb: “Bu gün Əcəmidə "Zeyntun" aptekdən maska aldım. Satıcıdan ilk soruşanda dedi ki, ancaq 70 qəpiklikdən qalıb. Düşündüm yəqin bahalı maskadı. Satıcı mənə göstərmədən paketə qoyub verdi. Evdə paketi açanda maskanın əldə düzəltmə olduğunu gördüm. Belə işbazlara qarşı ciddi tədbirlər görülməlidir”.
Qeyd edək ki, T.Şıxbabayev həmin maskanın fotosunu da yayıb.
Məsələni dəqiqləşdirmək üçün istifadəçi ilə əlaqə saxladıq və o yazdıalrının tam həqiqət olduğunu təsdiqlədi.
Görünür, həssas vəziyyətdən sui-istifadə edən möhtəkirlər yağışdan sonra çıxan göbələklər kimi artmaqdadır. Tibb elmləri üzrə fəlsəfə doktoru, həkim-terapevt Şəmsiyyə Namazlı da “Sherg.az”a açıqlamasında bildirib ki, belə hərəkətlər qanuna ziddir:
“Prezident dəfələrlə bu haqda çıxış edib, qərarlar qəbul olunub. Deməyə söz tapmıram. Bəzi möhtəkirlər əhalinin sağlamlığı ilə oynayırlar. Odur ki, təkcə aptek işçiləri yox, həm də həmin maskanı istehsal edən firmalar cərimələnməlidir. Belə tibbi maskalar insanlara kömək etmir, əksinə, sağlamlıqlarını təhlükə altına qoyur. Bu tibbi maskalardan istifadə etmək olmaz. ”
Ş.Namazlı tibbi maska alarkən insanları diqqətli olmağa çağırdı: “Tibbi maskalar müəyyən standartlara cavab verməlidir. Maskanın neçə qatdan ibarət olması, qatlar arasındakı məsafə, onun hansı parçadan hazırlanması və sair vacib məqamlardır. Biz məsləhət görürük ki, tibbi maskalar müntəzəm dəyişdirilsin. Deməli, maskanın standartlara cavab verib-vermədiyini də dəqiq bilmək lazımdır. Alıcılar aptek işçilərindən ilk növbədə bunu soruşmalıdırlar. Maska tibbi cəhətdən insanlara, bəlkə də, kömək etməyə bilər, lakin psixoloji cəhətdən vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya