
Mütəxəssis: Bu halda vətəndaşlar yenə də internetin sürətindən şikayyətçi olacaqlar
14:01 18.07.2024
Cəmiyyət
462
Daima xidmət və məhsullarını inkişaf etdirən “Aztelekom” müştərilərin yüksəksürətli genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq 15 avqust 2024-cü il tarixindən etibarən dəyişikliklər edəcək. Bu barədə qurumdan bildirilib. Şirkət GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək. Fərdi müştərilər və Biznes müştəriləri üçün tariflərlə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytında əldə edə bilərsiniz. Qeyd edilən qiymət dəyişiklikləri “Aztelekom” MMC-nin təqdim etdiyi xüsusi güzəşt tariflərini, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün güzəştli “Təşəkkür” tarif paketlərini əhatə etməyəcək. Bu işlər ölkəmizdə dünya trendləri ilə ayaqlaşma və əhalinin yüksəksürətli internetə olan tələbatında artım tendensiyasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və dayanıqlı infrastrukturun təmin edilməsi məqsədilə həyata keçirilir.
Məsələ ilə bağlı danışan informasiya texnologiyaları üzrə mütəxəssis Bəxtiyar Həsənov “Sherg.az”a açıqlamasında bildirib ki, son illər Azərbaycanda internetin sürəti və qiymət artımı optimallaşdırılır:

''Buna baxmayaraq, xüsusən bölgələrə və Bakının bəzi rayonlarına hələ də hidroqrafik şəbəkənin çəkilişi yekunlaşmadığı üçün Azərbaycanın internet səviyyəsinin nisbətən qonşu ölkələrdən geri qaldığını görürdük. Lakin hazırda genişzolaqlı internetin imkanları çoxaldılır. Ona görə də provayderdən asılı olmayaraq, müştərilərə internet rahat şəkildə optik sürətdə verilir. Ölkədə yüksək sürətli genişzolaqlı internetə çıxışin təmin olunması üçün bir neçə ay öncədən tədbirlər görülürdü. Artıq bu istiqamətdə işlərin aparıldığını müşahidə edirik. Aydındır ki, sürət nə qədər aşağıdırsa, ölkəmiz statistikada da aşağı yerlərdə olur. Bu gündən etibarən provayderlərə tarif olaraq100 meqabit saniyə internet təyin olunub. Bu da internetin sürətinin artırılmasını göstərir. Lakin sürət artırılsa da biz 1 meqabit saniyə internet üçün ödədiyimiz qiymət aşağı düşüb. Yəni, 45-dən 25 qəpikə endirilib. Bunun səbəbi isə internetin minimum tarif kimi, 100 meqabit saniyə hesablanmasıdır. Məsələn, standart olaraq 18 manatlıq tarif geniş istifadə olunurdusa, onun verdiyi sürət maksimum 40 meqabitə qədər idi. Ancaq ödəyəcəyimiz yeddi manatlıq fərq ən azı 2.5 dəfə sürətli internetə qoşulmağımıza imkan yaradacaq. Digər sevindirici addım ondan ibarətdir ki, əvvəllər 25 manata 100 meqabit aldığımız halda indi 10 manat artıq ödəməklə 250 meqabit internetə çıxış əldə edəcəyik. Qeyd edək ki, bu hidroqrafik internet olacaq. Fikrimcə, hər kəs 25 manatlıq internetə məcbur keçəcək''.
Ekspert qeyd edib ki, bununla hamının evində rahatlıqla istifadə edə biləcəyi genişzolaqlı sürətli interneti olacaq:
''Ona görə də istifadəçilərin yeni "Router"- lərə keçməsi vacibdir. Bu istiqamətdə insanlar maarifləndirilməlidir ki, internet sürətlərini cihazlarında bərabər istifadə etməyi bacarsınlar. Əks halda vətəndaşlar yenə də internetin sürətindən şikayyətçi olacaqlar ".
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm