Ölkədə çağırışın ildə dörd dəfə olması heç də təsadüfi deyil
Banuçiçək Kalbalıyeva
09:47 31.03.2020
Cəmiyyət
847
“Azərbaycanda “Alternativ hərbi xidmət haqqında” qanunun müzakirəsi üzərində düşünməyi vacib hesab edirəm”.
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin dünən keçirilən iclasında deyib.
S.Novruzov, həmçinin ildə iki dəfə hərbi çağırışın tərəfdarı olduğunu bildirib:
“Həm də indi hərbi xidmətə gedənlərin əksəriyyəti könüllüdür. Buna görə də ildə iki dəfə çağırış olmalıdır”.
Deputatın bu təklifi ilə bağlı “Sherg.az”a fikrini bildirən ehtiyatda olan polkovnik Şair Ramaldanov məsələnin göründüyündən də çətin olduğunu dedi:
“Bu, sadə məsələ deyil. Çağırış qaydasını tənzimləmək üçün mütəxəssislər xüsusi hesablamalar aparırlar. Siyavuş bəy bu sahənin dərinliklərini bilməsə də, məsələyə diqqət göstərməsi təqdirəlayiqdir. Bunun üçün ona təşəkkür edirəm. Səlahiyyətli şəxslər bu təklifin müsbət nəticəyə səbəb olacağını düşünsələr mütləq dəyərləndirəcəklər”.
Ş. Ramaldanovun sözlərinə görə, ölkədə çağırışın ildə dörd dəfə olması heç də təsadüfi deyil:
“Əlbəttə, qərarın qəbul olunmasında müəyyən səbəblər var. Bizim deyə bilmədiyimiz məqamlar az deyil. Amma onu nəzərə çatdırım ki, ildə dörd dəfə çağırışın olması ordunun 75 faiz döyüş qabiliyyətliyindən xəbər verir. Siyavuş müəllimin təklifi qəbul edilsə, bu göstərici 50 faiz olacaq. Əgər orduda müddətdən artıq xidmət edənlərin sayı çoxalsa, bəlkə, çağırış sayını iki dəfəyə endirmək mümkündür. Çünki təklifdə müəyyən həqiqət var. Sadəcə, bu, kompleks yanaşma tələb edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya