Paşinyan daha ehtiyatlı davranır
Yusif Nəzərli
23:34 25.10.2021
Cəmiyyət
543
Onun ordu ilə bağlı açıqlaması müharibəyə çağırış deyil
Ermənistan öz ordusunu aqressiya üçün yox, aqressiyadan müdafiə üçün inkişaf etdirəcək. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. O bildirib ki, Ermənistanın yad əraziləri tutmaq üçün hansısa planları yoxdur: "Təhlükəsizlik sistemlərinin inkişafı nöqteyi-nəzərindən təkcə ordunun modernizasiyası yox, həm də əlverişli xarici mühitin formalaşdırılması, Ermənistan, Qarabağ və region üçün sülh epoxasının açılması gündəminin reallaşdırılması vacibdir”.
Paşinyan bu hədəfin həlli üçün ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsilə Qarabağ danışıqlarının yenilənməsi, düşmənçilik atmosferinin ortadan qaldırılması, iqtisadi və infrastruktur kommunikasiyalarının açılmasının önəmli olduğunu bildirib. O, kommunikasiyaların açılmasının erməni iqtisadiyyatının məzmunu və strukturunu keyfiyyət baxımından dəyişdirəcəyini və uzunmüddətli inklüziv iqtisadi artım təmin edəcəyini söyləyib.
Mövzu ilə bağlı politoloq Elman Vəliyev "Şərq"ə açıqlamasında bildirib ki, Nikol Paşinyanın belə fikir səsləndirməsi müharibə çağırışı deyil. Politoloq vurğulayıb ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin çıxış edərək tərəfləri dialoqa səslədi:
"Hətta Ermənistan tərəfinin verdiyi məlumata əsasən hər iki tərəfin rəhbərləri noyabr ayında görüş keçirəcəklər. Bu görüşün uzlaşma yönümlü olacağını ehtimal edirəm. Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda sadəcə ehtiyat edir və yenə daxildə xaos yaranmasından çəkinir. Çünki Paşinyan yaxşı anlayır ki, səhv bir addım atan kimi müxalifət, daxildən, xaricdən nifaq salanlar ölkədə çaxnaşma yaratmağa çalışacaqlar. Ona görə də Paşinyan ehtiyatlı davranmaq məcburiyyətindədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət
Zelenski payızda ölkədən getməyə hazırlaşır - Politoloqdan proqnoz
18:49 08.09.2026
Gündəm