Prezidentdən “Azərişığ”a Bakının elektrik xətləri ilə bağlı TAPŞIRIQ
Prezidentdən “Azərişığ”a Bakının elektrik xətləri ilə bağlı TAPŞIRIQ
Yusif Nəzərli
13:46 21.03.2022
Cəmiyyət
613
“Azərişıq” ASC tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsinə 35 kilovoltluq müasir izolyasiyalı xəttin çəkilməsi postsovet məkanında bir ilkdir”.
Bu barədə “Report”a Suqovuşana mediatur zamanı qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu məlumat verib.
O, yeni xəttin üstünlüklərindən danışıb:
“Bunlar yeni xətlərdir. 110 kilovatlıq Tərtər yarımstansiyasında çəkilmiş bu xətt Suqovuşan qəsəbəsi və Talış kəndini qidalandırır. Biz burada nümunə kimi ənənəvi anker dayaq qoymuşuq. Bu, metal dayaqdır. Adətən ölkənin müxtəlif ərazilərində bu xətlərdə mühafizə zolağı 30-40 metr olur. Bizim çəkdiyimiz yeni xətdə isə mühafizə zolağı 3-6 metrə qədər azalıb. Bu da min hektar torpaq sahəsinin yenidən əkin sahələri kimi istifadəsinə zəmin yaradır. Eyni zamanda qeyri-sabit hava şəraitində ənənəvi xətlərdə açılmalar olur. Amma burada demək olar ki, açılmalar sıfıra bərabərdir. Bu xətlərdə yanğın baş vermə ehtimalı da sıfıra bərabərdir. Eyni zamanda, ənənəvi xətlərdə 10-12 %-ə qədər itki olur. İzolyasiyalı xətlərdə isə itkilər demək olar ki, 3-4 %-ə qədər azalır”.
“Bu iqtisadi rentabelliyi nəzərə alaraq Prezident “Azərişıq” rəhbərliyinə belə bir tapşırıq verdi ki, Bakı şəhərində də 35 kilovoltluq xətlərdə belə izolyasiyalı naqillərdən istifadə olunsun. Biz də “Azərişıq” olaraq məhz bunun üzərində işləyirik. Yaxın vaxtlarda Bakı şəhərində də belə müasir, innovativ yeniliyə əsaslanan yüksək gərginlikli xəttləri görə biləcəyik”, - deyə V.Aydınoğlu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu seçkilərin “oğurlanmağa çalışıldığını” iddia etdi
19:47 27.10.2026
Dünya
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm