
Prokurorluq orqanlarında “TƏMİZLƏMƏ” – İslahata davam...
Yusif Nəzərli
15:04 18.03.2022
Cəmiyyət
731
Baş Prokurorluqda kadr islahatları həyata keçirilir. Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Salyan rayon prokuroru Firdovsi Nemətli səlahiyyət müddətinin başa çatması ilə əlaqədar vəzifəsindən azad olunub. Baş Prokurorluğun Mətbuat Xidməti Oxu.Az-a məlumatı təsdiqləyib.
Qeyd edək ki, Vüqar Hacıyev Ağcabədi rayon prokuroru, İlkin Mustafayev Ucar rayon prokuroru və İlqar Səadətov Laçın rayon prokuroru təyin edilib.
K.Əliyevin digər əmri ilə Asim Yusifov Baş prokurorluğun Dövlət Təhlükəsizliyi, Fövqəladə Hallar və Sərhəd Xidməti Orqanlarının İstintaq, Tədqiqat Əməliyyat-Axtarış Fəaliyyətində Qanunların İcrasına Nəzarət İdarəsinin rəis müavini təyin edilib.

İslahatların əhəmiyyəti barədə “Sherg.az”a danışan Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirir ki, Prokurorluqda mütəmadi kadr dəyişikliyi baş verir:
“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Kamran Əliyev Baş prokurorluq vəzifəsinə təyin olunanda qarşıya qoyduğu əsas məqsədlərdən biri korrupsiyaya qarşı mübarizədir. Kadr islahatlarının aparılması da vacib məsələdir. Xüsusilə də, gənc işçilərin təyin olunmasını təmin edir. Əlbəttə, burada təcrübə və mirasın qorunub saxlanması çox lazımlı məsələlərdəndir. Çünki prokurorluq orqanları uzun müddət fəaliyyət göstərib”.
Fond prezidenti prokurorluqda qəbulun şəffaf şəkildə həyata keçirildiyini izah edib:
“Yüksək nailiyyət əldə edənlər işə götürülür. Son illərdə bunu daha yaxşı görürük. Bu proses çox mərhələdən ibarətdir. Əvvəlcə test üsulu ilə yoxlanma baş verir. Daha sonra müsahibə mərhələsi reallaşdırılır. Hər şey yüksək səviyyədə önəmli şəxslər tərəfindən aparılır. Biz buradakı imtahanların müşahidəçisi olmuşuq”.
Ə.Nuriyev bu sistemdə də vəzifəsini icra edə bilməyənlərin olduğunu vurğulayıb:
“Prokurorluq orqanlarında hər bir prokurorun səlahiyyət müddəti 5 ildir. Sonra rotasiya həyata keçirilir. Yəni şəxs başqa rayona göndərilir. Əlbəttə, kim öz işini düzgün yerinə yetirmirsə, vəzifəsinə xitam verilir. Hətta məsuliyyətə cəlb edilənlər də olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya