Qardaş və bacı qısqanclığı: Təbiidir, amma sağlam idarəetmə əhəmiyyətlidir

Uşaq- Gənc Psixiatrı Dr. Lalə Allahyarova qeyd edir ki, xüsusilə 1,5-3,5 yaş arası uşaqlarda qardaş və bacı qısqanclığı daha çox görünür.

Sherg.az xəbər verir ki, bu, uşağın valideyn sevgisini bölüşmək məcburiyyətindən yaranan təbii bir prosesdir.

Ekspert vurğulayır ki, uşağın yaşına və ətraf mühitə görə reaksiyalar fərqli ola bilər. Bəzi uşaqlar bunu söz və ya fiziki hərəkətlə ifadə edir.

Qısqanclıq problemi təkcə dayandırılmamalıdır, əsas məqsəd uşağa bu duyğuları sağlam şəkildə idarə etməyi öyrətməkdir.

Valideynlər uşağı şımartmadan, real və konkret izahlarla (məsələn, “sən belə qidalanırdın, o da eyni olacaq”) hazırlamalıdır.

Uşaqlar arasında ədalətli yanaşma və müqayisədən çəkinmək vacibdir.

Dr. Allahyarova bildirir ki, bu prosesdə oyun terapisi faydalıdır, çünki oyun uşağın duyğularını ifadə etdiyi vasitədir. Qısqanclığı tam aradan qaldırmaq deyil, uşağa rəqabətə davamlılığı öyrətmək əsasdır. Evdəki qardaş və bacı münasibətləri uşağı həyatda qarşılaşacağı rəqabətə hazırlayan təcrübədir.