QHT qanunvericiliyinə dəyişiklik müzakirə olunur
Turan
14:12 07.08.2021
Cəmiyyət
541
Dəyişiklik vətəndaş cəmiyyətinin dövlət həyatının bütün sahələrində rolunun artırılmasına yardım göstərəcək
Avqustun 5-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Tədbirdə agentliyin Müşahidə Şurasının iclasının reqlament sənədinin layihəsi və QHT qanunvericiliyində müvafiq dəyişikliklərlə bağlı təkliflər ətrafında müzakirələr aparılıb. İclasın reqlament layihəsi üzrə çıxış edən Şura üzvləri sənəddə əksini tapan ümumi müddəalar, iclasın işinin təşkili qaydası, onların hüquqları, vəzifələri və səlahiyyətləri, həmçinin bir sıra digər maddələr ətrafında fikir mübadiləsi aparıblar.
Müzakirələrin yekununda bütün təkliflər nəzərə alınmaqla sənədin yekun variantının hazırlanaraq növbəti iclasa təqdim edilməsi qərara alınıb. Sonra QHT qanunvericiliyində dəyişikliklərlə bağlı Müşahidə Şurası üzvlərinin hazırladıqları təkliflər ətrafında müzakirələr aparılıb. Səsləndirilən təkliflər arasında qrantlarla maliyyələşən layihələrin qeydiyyatının sadələşdirilməsi, QHT-lərin qeydiyyata alınması prosedurunun təkmilləşdirilməsi və bununla bağlı digər sənədləşmələrin asanlaşdırılması yer alıb. Müzakirələrin sonunda qərara alınıb ki, agentlik adından bu istiqamətdə hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər qısa zamanda ümumiləşdirilsin və müvafiq qurumlara təqdim edilsin.
Tədbirlə bağlı fikirlərini “Şərq”ə bölüşən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi (SİAM) İctimai Birliyinin sədri Zaur İbrahimli deyib ki, QHT qanunvericiliyinə dəyişikliklərlə bağlı təkliflər hazırlanmasının məqsədi qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün əlverişli mühit yaradılmasıdır. Birlik sədrinin sözlərinə görə, bu dəyişikliklər QHT-lərin cəmiyyət və dövlət həyatının bütün sahələrində rolunun artırılmasına yardım göstərəcək:
“QHT-lərə təqdim olunan elektron xidmətlər daha da təkmilləşəcək. Bir sıra bürokratik prosedurların asanlaşdırılması da bu dəyişikliklərin hədəflərindəndir.
Azərbaycanın qələbə qazandığı 44 günlük Vətən müharibəsindən sonra daha da geniş vüsət alan inkişaf və islahatlar prosesi vətəndaş cəmiyyəti sektorunda da öz əksini tapmalıdır.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaranması bu islahatların tərkib hissəsi oldu. İslahatların davamı kimi qanunvericiliyin təkmilləşdirilməsi nəzərdən keçirilir. Bununla yanaşı agentlik də qeyri-hökümət təşkilatlarının güclənməsi, onların potensialının artırılması planları üzərində ciddi işləyir. Agentliyin QHT-lərlə silsilə görüşləri keçirilib və onlardan da təkliflər toplanıb.
Ümumiyyətlə, o qənaətdəyik ki, güclü QHT sektorunun formalaşması ölkəmizin inkişafı prosesinin əsas elementlərindən biri kimi nəzərdən keçirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sözümüz bir olsa…
17:49 12.08.2026
Gündəm
Avropadakı quraqlıq Azərbaycana da dərs verdi - EKSPERT
17:34 12.08.2026
Aktual
Bəzi yerlərə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
17:26 12.08.2026
Ekologiya
İordaniya İrana xəbərdarlıq etdi
17:13 12.08.2026
Dünya
Ramanada atasının qətlində təqsirləndirilən şəxsə cəza istənilib
16:54 12.08.2026
Hadisə
Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb
16:36 12.08.2026
Hadisə
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə