
Qida eksperti: Qida tələbatının artması şəhərdə restoranların da çox olmasi ilə nəticələnir
10:36 06.01.2025
Cəmiyyət
1139
Almaniyada ictimai obyektlərdə xaş qadağan edilib.
Bu barədə Almaniya mətbuatı yazıb.
Mənbə qeyd edir ki, qadağanın əsas səbəbi "Scrapie" adlı yoluxucu sinir sistemi xəstəliyidir.
Ölkəyə xaricdən qoyun kəlləsini və ayaqlarını gətirən türkiyəli şəxslərin isə cərimələndiyi bildirilir.
Qoyun kəlləsindən yeməklərin hazırlanması Finlandiya, İsveçrə, İsveç və Portuqaliya kimi Avropa ölkələrində də qadağan edilib.
Ancaq bu ölkələrdə qadağanın şamil oldunduğu yeməklər siyahısında xaşın adı yox idi.
Qeyd edək ki, "Scrapie" insanlarda rast gəlinməsə də, qoyun və keçilərin sinir sisteminə mənfi təsir göstərən xəstəlikdir.
Mövzu ilə bağlı danışan qida eksperti Fərid Səfərov ''Sherg.az"a söyləyib ki, əhali sayının artımı, qida tələbatının artması şəhərdə restoranların da çox olmasi ilə nəticələnir:

“Bu da restoran menyularında təkcə sağlam, milli yeməklərə yox, həmçinin fast food qidalara da tələbi artırır. Fast food qidaları isə uzun müddətli istehlak edildikdə bir sıra ziyanlı təsirlər yaranır. Bu təsirlər aşağıdakılardır:
Yüksək kalorili və qida dəyərinin olmaması: Fast food qidalar çoxlu kalori ehtiva edir, amma tərkibində vitaminlər, minerallar və digər faydalı qida maddələri çox azdır. Bu da orqanizmin lazım olan qida maddələrini almasına əngəl törədir.
Yağ və şəkər yüksəkliyi: Fast food qidalar yüksək miqdarda doymuş yağ və şəkər ehtiva edir. Bu maddələrin çox istehlakı ürək-damar xəstəliklərinin riskini artırır.
Yüksək duz səviyyəsi: Fast food qidalar çoxlu duz ehtiva edir. Yüksək duz qəbulu hipertoniya (yüksək təzyiq) və böyrək xəstəliklərinə səbəb olur.
Yüksək trans yağlar: Bəzi fast food məhsulları trans yağlar ehtiva edir ki, bu da xolesterin səviyyəsinin artmasına və ürək xəstəliklərinin riskinin yüksəlməsinə səbəb ola bilər.
Çəki artımı və piylənmə: Yüksək kalorili fast foodla çox qidalanmaq çəki artımına və piylənməyə yol aça bilər. Bu da insulin müqaviməti, diabet və digər ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər.
Qan şəkəri balansının pozulması: Şəkər və unlu məhsulların çoxluğu qan şəkərinin sürətlə yüksəlməsinə və sonra kəskin enməsinə səbəb ola bilər ki, bu da bir çox sağlamlıq problemlerinə gətirib çıxarar.
Asılılıq yaratması: Fast foodlar çox vaxt asılılıq yaradan dadlar və kimyəvi əlavələr (məsələn, mononatrium glutamat) ehtiva edir. Bu da onları daha çox və tez-tez istehlak etməyə səbəb olur.
Sağlam qidalanma üçün təbii və az işlənmiş qidalara üstünlük verilməlidir. Yaxşı olar ki, evdə, öz hazırladığımız yeməklərlə qidalanaq. Yox, əgər hansısa restoranda yemək yeyəcəksinizsə sağlam və balanslı qidalanmağa çalışın. Həmçinin, fast food tipli qidaların menyudan çıxarılması, bu yöndə fəaliyyət göstərən restoran və kafelərin az olması, buna nəzarət olunması vacibdir. Sözügedən yöndə müxtəlif maarifləndirici çarxlar, kompaniyalar, təbliğat işləri aparılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nəsimi "Qurtuluş"dan getməsindən danışdı
21:06 19.01.2026
Gündəm
Ərdoğan Suriya prezidentini atəşkəs münasibətilə təbrik edib
20:49 19.01.2026
Dünya
İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
20:27 19.01.2026
Rəsmi
Suraxanıda 9 kq narkotik aşkarlandı
20:10 19.01.2026
Hadisə
Mingəçevirdə 44 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
19:32 19.01.2026
Hadisə
İran bu həftə internetə çıxışı tam bərpa edəcək
19:23 19.01.2026
Region
Erməni Kilsəsinin episkoplar iclası Avstriyada keçiriləcək
19:01 19.01.2026
Cənubi Qafqaz
Bu tarixdə metro saat 1-ə kimi işləyəcək
18:53 19.01.2026
Cəmiyyət
“Ayntraxt”ın rəsmisi: “Bakıya qalib gəlmək üçün gedirik“
18:37 19.01.2026
Dünya
10 il axtarıldı, 1 kilometr aralıda tapıldı: Bin Ladenin son qalası
18:33 19.01.2026
Dünya
İranda 19 yaşlı futbolçu edam edilə bilər
18:26 19.01.2026
Dünya
“Dünya təhlükəli yola girib” - Səxavət Məmməd
18:18 19.01.2026
Dünya
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
18:13 19.01.2026
Gündəm