QMİ sədri Rumıniya Müftisi ilə görüşüb
QMİ sədri Rumıniya Müftisi ilə görüşüb
Yusif Nəzərli
10:51 17.07.2023
Cəmiyyət
424
İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Rumıniya Müftisi Murad Yusif ilə görüşüb.
Bu barədə "Report"a idarənin Mətbuat xidmətindən məluamt verilib.
Bildirilib ki, səmimi qardaşlıq şəraitində keçən görüşdə QMİ sədri A.Paşazadə qonağı Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, ölkəmizdəki multikultural dəyərlər, konfessiyalararası anlaşma və harmoniya mühiti barədə məlumatlandırıb.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra azad Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işləri, əzəli ərazilərimizə davam edən qayıdış prosesi barədə məlumat verən Şeyxülislam A. Paşazadə erməni işğalçılarının törətdikləri vamdallıqların miqyası barədə qonağa ətraflı məlumat verdi, dini-mənəvi abidələrimizin yenidən qurulması, bərpası istiqamətində dövlət tərəfindən görülən misilsiz işlərdən danışıb. Rumın Müftisinin Azərbaycanda keçirilə Dünya dini liderlərinin II Bakı Sammitində iştirakçı olduğunu xatırladan A.Paşazadə növbəti Sammitə hazırlıq işlərinin getdiyini və rumın müftisini bu forumda da görmək istədiklərini qeyd edib.
Rumıniya müftisi Murad Yusif Azərbaycanda səfərdə olmaqdan və müdrik din xadimi kimi ehtiram bəslədiyi Şeyxülislam A.Paşazadə ilə görüşmək fürsətindən olduqca məmnun olduğunu ifadə edib. Qonaq dost ölkələrimiz arasında əlaqələrin inkişafının dini-mənəvi sahədə də ənənəvi münasibətlərin dərinləşməsi üçün münbit zəmin yaratdığından şad olduğunu bildirərək, QMİ sədrini Rumıniyaya səfər etməyə dəvət etməkdən şərəf duyduğunu xüsusi qeyd edib.
Görüşdə Rumıniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Vasile Soare, Rumıniya Parlamentinin deputatı Əhməd Varol iştirak ediblər.
Qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol