Rusiyaya qarşı sanksiyaların Azərbaycanda dərman bazarına təsiri varmı?
Yusif Nəzərli
13:13 12.03.2022
Cəmiyyət
554
Ukraynada müharibənin başlaması Rusiyaya qarşı sərt beynəlxalq sanksiyaların tətbiqinə səbəb oldu. Nəticədə Rusiyanın əczaçılıq şirkətlərinin xammal qıtlığı ilə üzləşəcəyi irəli sürülür.
Hərçənd bu sahəyə qarşı birbaşa sanksiyalar tətbiq olunmasa da, logistika zəncirlərinin pozulması artıq müəyyən fəsadlar doğurmağa başlayıb. Belə ki, Avropadan lazımi inqrediyentlərin tədarükü dayandırılıb, Çin və Hindistandan olan tədarük zəncirləri də problemlərlə üzləşir. Belə bir vəziyyətdə Rusiya əlində olan ehtiyatlarını daxili ehtiyacına yönəltmək məcburiyyətindədir.
Bəs Rusiyaya qarşı sanksiyalar nəticəsində yaranmış vəziyyətin Azərbaycandakı dərman bazarına təsiri necə olacaq? Qiymət artımı, yaxud dərman qıtlığı gözlənilirmi?
İqtisadçı ekspert Xalid Kərimli "Report"un sorğusuna cavab olaraq bildirib ki, Rusiyanın hava məkanı 36 ölkənin üzünə bağlandığı üçün ciddi qiymət artımı baş verə bilər: "Əczaçılıq şirkətləri birgə işləyir. Ayrı-ayrı dərmanlar üçün istifadə olunan maddələr müxtəlif ölkələrdə hazırlanır. İndi də bunların daşınma yolları dəyişdiyi üçün çətinlik yaranır".
Ekspertin fikrincə, Avropa ölkələrindən Rusiyaya əczaçılıq məhsullarının ixracatına qoyulan məhdudiyyətlər üzündən dərmanlar bahalaşacaq. Digər tərəfdən, müharibənin getdiyi Ukraynada da iqtisadiyyat dərin durğunluğa düçar olub: "Ukrayna dünya əczaçılıq sənayesində elə də mühüm yer tutmur".
Onun sözlərinə görə, Azərbaycan dava-dərman idxalı üçün alternativ variantlar axtarmalı olacaq: "Yəni əvvəllər Rusiyadan tədarük edilən dərmanlar Avropa ölkələrindən idxal olunacaq ki, bu da qiymətlərdə artım deməkdir: bahalaşmanı bir neçə ay ərzində hiss edəcəyik. Unutmayaq ki, ölkəmizin ümumi idxalatının 4,3 faizi dərman və tibbi ləvazimatın payına düşür. Bunların məbləği 450 milyon dollara yaxındır".
Tibb üzrə ekspert Rasif Bağırov da "Report"a bildirib ki, dava-dərman idxalında Rusiya məhsullarının payı 10 faizdən çox deyil: "Ölkəmizdəki həkimlərin əksəriyyəti Rusiya dərmanlarına etimad göstərmir, çünki bunların keyfiyyəti Avropa dərmanlarına nisbətən çox aşağıdır. Azərbaycana idxal olunan dərmanların çoxu Türkiyə və Avropadan, müəyyən qismi Hindistan və Latın Amerikası ölkələrindən gətirilir. Ona görə də Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar Azərbaycan dərman bazarına mənfi təsir göstərməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm
Qızıl və gümüş ucuzlaşmağa davam edir
09:41 28.10.2026
İqtisadiyyat
Akif Beybutov vəfat etdi - Foto
09:33 28.10.2026
Hadisə