Rüsumlar artırılıb, cəzalar sərtləşdirilsin!
Yusif Nəzərli
00:28 10.12.2022
Cəmiyyət
482
Qüdrət Həsənquliyev: "Liberallaşmağın yerinə biz məhdudiyyətlər tətbiq edirik"
Milli Məclisdə qanunlara dəyişikliklərin, əsasən cəzaların sərtləşdirilməsi, rüsum və cərimə artımı ilə bağlı olmasına etiraz edilib. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib ki, son zamanlar qanunların çoxuna əlavə və düzəlişlərdə yalnız məhdudlaşdırıcı normalar əksini tapır: "Hər kəs kiçik araşdırma aparsa görər ki, məsələn, cəzalar sərtləşdirilir. Bəzən əsaslandırmadan cəzaları niyə sərtləşdiririk? Yəni bu sahədə cinayətlərin sayında artım varmı, bu, nədən qaynaqlanır? Cərimələr, rüsumlar artırılır. Dövlət orqanlarına səlahiyyətlər verilir ki, öz xidmətlərinə görə vətəndaşdan rüsum təyin eləsin. Liberallaşmağın yerinə biz məhdudiyyətlər tətbiq edirik. Yəni bu tendensiya görünən, hiss olunandır. Biz çalışmalıyıq ki, cəmiyyətimiz iqtisadi və digər sahələrdə liberallaşsın”.
Q.Həsənquliyev qeyd edib ki, Konstitusiyaya görə, Azərbaycanda dövlət hakimiyyətinin qanadları bir-biri ilə qarşılıqlı fəaliyyətdə işləyir: “Amma bir deputat məhkəməyə müraciət edəndə ki, niyə uzun illərdir süründürməçiliklə məşğul olursan, əgər iddiaçı haqsızdırsa, niyə qərar qəbul etmirsən, illərlə, aylarla təxirə salırsan, keçir şantaja və bildirir ki, siz bizim işimizə qarışa bilməzsiniz. Halbuki biz qarşılıqlı əlaqədə işləməliyik. İcra orqanına deyəndə, deyirlər ki, biz hakimiyyətin müstəqil qanadıyıq, siz bizim üçün icrası məcburi olan göstəriş, qərar qəbul edə, verə bilməzsiniz və s. Amma onlar tərəfindən gələn qanunlara mən ciddi müqavimətimizi görmürəm. Gələn qanun layihələrini biz səsə qoyuruq və qəbul edirik”.
Spiker Sahibə Qafarova isə bildirib ki, bütün qanun layihələri çox ciddi müzakirələrdən keçir: “Qüdrət müəllim deyir ki, biz daha da sərt olaq, Milli Məclis olaraq qanunların müzakirəsində öz qüvvəmizi göstərək. Düşünürəm ki, çıxışda məntiq var”.
Deputat Sabir Rüstəmxanlı da qanun yaradıcılığı məsələsi ilə bağlı problemlərə toxunub: “İnzibati Xətalar Məcəlləsinə 2016-cı ildən bu yana 146 dəyişiklik edilib, çoxu da rüsum və cərimələrin artırılması ilə bağlıdır. Mən anlayıram, müəyyən dəyişiklik olmalıdır. Amma qanunun müəyyən sabitliyi də vacibdir. Qanunun hədəfi olmalıdır. Qanunvericilik yaradıcılığının, qanunların və onun strateji hədəflərinin düzgün müəyyən edilməsinin vacibliyini diqqətə çatdırmaq istəyirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm