Şalvardakı ləkələri aparmağın ən asan yolu
12:35 18.12.2023
Cəmiyyət
1294
Gündəlik həyatda xanımların “qorxulu röyası” yuyulma zamanı bəzən geyimlərin ləkələnməsidir. Bu ləkələr çox zaman yuyucu tozdan əmələ gəlir. Yuyucu tozların tərkibindəki rəngli kimyəvi qatqılar tam parçalanmır, nəticədə geyim əşyaları üzərində ləkə kimi qalır. Xanımlar bu ləkələri necə aradan qaldırmağı bilmədiklərindən hətta təzə geyimləri də istifadədən çıxarmaq, tullamaq məcburiyyətində qalır. Bəd ayaqda döşəmə silmək üçün istifadə edirlər. Halbuki ləkələri yox etməyin çox sadə, asan üsulu var.
“Sherhg.az” “NTV,com.tr”yə istinadən xanımları bu problemdən azad edəcək asan üsulları təqdim edir. Yuyucu toz ləkəsi daha çox qara rəngli paltarlarda, şalvarlarda aydın görünür. Bu, xüsusən şalvarların sərt parçalardan tikilməsiylə əlaqəlidir. Bir çox parçaların toxunma quruluşu ləkələrin qalıcı olmasına səbəb olur. Amma bunun da çarəsi var. Paltarların yuyulması bitdikdə, ləkələr qaldığını görürsünüzsə, təcili şəkildə təmizlənməsinə başlanılmalıdır, çünki ləkənin təmizlənməsinə nə qədər tez başlansa bir o qədər yaxşıdır. Ləkə uzun müddət qaldıqda təmizlənməsi də çətinləşir. Ləkə olan hissəni heç vaxt dırnağınızla qaşımağa çalışmayın. Bu, parçada ciddi zədələnmə yaradacaq, ləkə təmizlənməyəcək, əksinə, yayılacaq, parça isə deşiləcək. Ləkəli hissəyə təmizləyici sürtüb, yüngül hərəkətlərlə parçaya yeritmək və həmin hissəni ilıq suyla yumaq olar. Ləkə əllə ovulmalıdır. İlıq su parçanı yumlaldır, ləkənin tez təmizlənməsinə kömək edir. Yuyucu tozun ləkəsini aparmaq üçün sirkəli sudan da istifadə etmək məsləhətdir. Bir qaba sirkəli su tökmək, geyimin ləkəli hissəsini suya batırıb təmiz bez parça ilə üzərini silmək lazımdır. Limon suyu da ləkələrin çıxarılmasında effektiv vasitədir. Limon suyunu damçı şəklində ləkələrin üzərinə damcılatmaq, damcıların parçaya tam hopmasını gözləmək, sonra isə su ilə durulamaq məsləhətdir. Limon suyu yuyucu tozu əridir. Ləkə çıxarmaq üçün müxtəlif spreylər də var. Ümumiyyətlə, geyomlərin etiketini diqqətlə oxumaq, parçanın növü, yuyulma qaydası ilə tanış olmaq lazımdır.
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media