Sayt rəhbərlərinin cinayət işi məhkəməyə göndərildi
Yusif Nəzərli
11:08 13.12.2021
Cəmiyyət
407
Vəzifəli şəxslərə hədə-qorxu gələrək onların pul vəsaitlərini ələ keçirən şəxslər barəsində olan cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
“Cəmiyyət İnformasiya Agentliyi” MMC-nin təsisçisi Asəf Novruzov və faktiki redaktor vəzifələrini icra edən Məhsud Səfərov qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Asəf Novruzov və Məhsud Səfərovun qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda müxtəlif vəzifəli şəxslərin barələrində həqiqəti əks etdirməyən rüsvayedici məlumatların fəaliyyət göstərdikləri informasiya resurslarında dərc ediləcəyi ilə bağlı hədələnməsi yolu ilə onlardan ümumilikdə 2 900 manat pul vəsaitini hədə-qorxu ilə tələb etməklə almalarına əsaslı şübhələr müəyyən edilib.
İbtidai istintaq zamanı Asəf Novruzov və Məhsud Səfərova Cinayət Məcəlləsinin 182.2.1 (hədə -qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə - təkrar törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barələrində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən şəxslərə Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verilməsini tövsiyə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat