
Şəxsiyyət həm də bir vergüllə ölçülür, cənab Paşazadə!
Yusif Nəzərli
13:29 26.10.2021
Cəmiyyət
947
“Təbii ki, baş verən hadisədə neqativ hallar var. Uzun illər parlamentdə təmsil olunan millət vəkilləri diqqətli olmalıdır”
Millət vəkili Cavanşir Paşazadənin şəxsi “Facebook” hesabında yazdığı statusdakı qrammatik səhvlər sosial şəbəkə istifadəçilərinin məzəmmətinə səbəb olub. Deputat Özbəkistanda keçirilən prezident seçkisində müşahidəçi qismində iştirak edib və paylaşımı da bu mövzuda olub.
Statusun fotosunu təqdim edirik.

“Rupor”un əməkdaşı deputatın köməkçisi Sulduz Ağayevlə əlaqə saxlayaraq, məsələyə daha ətraflı aydınlıq gətirməyə çalışıb. Sulduz Ağayev belə deyib:
“O statusu Cavanşir müəllimin sürücüsü Camal yazıb. Hörmətli deputatımız fikrini dedi, o da telefonda müəllimin səhifəsinə yazdı. Burada nə deputatın, nə də köməkçinin rolu var. Sürücü də tələskənliyindən belə texniki xətalara yol verib. Bu yanlışlığına görə sürücü işdən çıxarılıb. Belə səhvlər hamıda ola bilər, şişirtməyə ehtiyac yoxdur. Şəxsiyyət bir vergüllə ölçülmür”.
Baş verənləri “Sherg.az”a dəyərləndirən AĞ Partiya başqanı Tural Abbaslının qənaətincə, rəsmi şəxslər mövqelərini də rəsmi səviyyədə bildirməlidir. Onun sözlərinə görə, statusu sürücünün yazdığı deyilməsəydi, müəyyən şübhə yaranardı ki, Feysbuk səhifəsi həqiqətən də Cavanşir Paşazadənindir ya yox:
“Təbii ki, baş verən hadisədə neqativ hallar var. Uzun illər parlamentdə təmsil olunan millət vəkilləri diqqətli olmalıdır. Amma müasir texnologiyalar belədir ki, smartfonlar çıxıb və müxtəlif proqramlar var. Nisbətən yaşlı adamların da bu proqramları öyrənməsi zamanı müəyyən texniki yanlışlıqlar yaşanır. Bəzən məndə də olur, hərflər mexaniki olaraq yanlış düşür. Sırf mexaniki sərflərdirsə, belə halların çox da qabardılmasının tərəfdarı deyiləm, çünki o zaman məsələ şəxsiləşdirilir. Əslində deputatları daha çox parlamentdəki fəaliyyətləri, verdikləri təklif və problemlərə yanaşma tərzi ilə müzakirə etməliyik. Əlbəttə, statusdakı yanlışlıqlar da müzakirə edilə bilər. Hər halda Cavanşir Paşazadə sürücüsünü işdən çıxarıbsa, istəməzdim belə olsun. Çünki sürücünün çörək pulu da oradan gəlir. Məsələni siyasiləşdirməyi düzgün hesab etmirəm. Cəmiyyətdə Azərbaycan parlamentinin nümayəndələri haqqında yaranan fikirlər hər birimizə bəllidir. Düşünürəm ki, dövlət və iqtidar bu fikirləri nəzərə almalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət
Zelenski payızda ölkədən getməyə hazırlaşır - Politoloqdan proqnoz
18:49 08.09.2026
Gündəm