"TƏBİB-in sabiq rəhbəri Ramin Bayramlı da gənc kadr idi. Amma Oqtay Şirəliyevin ölənlərinə rəhmət oxutdurdu. Məncə, ingilis dilini deyil, xalqın dilini bilən adamlara vəzifə verilməlidir"
Seymur Verdizadə: "Fazil bəy iradlarında haqlıdır"
08:37 18.01.2022
Cəmiyyət
388
"Əgər bütün gənc kadrlar yerində olsaydı, ölkədə bu qədər problem olmazdı"
"TƏBİB-in sabiq rəhbəri Ramin Bayramlı da gənc kadr idi. Amma Oqtay Şirəliyevin ölənlərinə rəhmət oxutdurdu. Məncə, ingilis dilini deyil, xalqın dilini bilən adamlara vəzifə verilməlidir"
Millət vəkili Fazil Mustafa Azərbaycanda son dövrlərdə yeni təyinat alan bəzi kadrlardan, ictimai nəzarətdən və korrupsiyadan danışıb. Deputat sosial şəbəkə profilində paylaşdığı statusda bildirib ki, gənc adı ilə təyin olunanların da xeyli hissəsi köhnələrin yolunu izləyirlər. Parlament üzvünün sözlərinə görə, sadəcə görünüş olaraq “rüşvət almıram” deyənlər başqa elə yollar icad edirlər ki, vətəndaş rüşvətin aşkar hökmranlıq etdiyi dövrlərin nostalgiyasını yaşamış olur: “Hər nə qədər dürlü-dürlü qanunlar qəbul ediriksə, ictimai nəzarəti təmin etmək mümkün olmur. Ölkədə qanunüstü şəxslərin sayı normadan artıqdır. İstər iqtisadi, istər də dövlət qulluğunda imtiyazlı şəxslərin davranışları digər insanların da əxlaqını dəyişir. “Niyə ona olar, mənə olmaz” mühakiməsi ilə davranmağa meyillənənlər çoxalır. Kiminsə həbsi, ölümü başqasına görk olsaydı, o halda bəşəriyyətdə bundan sonra ədalətsizlik yerli-dibli qalmazdı. İdarəetmədə səlahiyyətlər bir-birinə qarışanda kimdənsə konkret məsuliyyət də tələb etmək olmur”. F.Mustafa əlavə edib ki, icra orqanları ilə yerli özünüidarəetmə orqanlarının sərhədləri Azərbaycan-Ermənistan sərhədlərindəki vəziyyətdən daha dolaşıqdır: “Biz dövlət sərhədini delimitasiya ertməzdən öncə, dövlətin içindəki qurumların və şəxslərin sərhədlərinin delimitasiyasını aparmalıyıq”.
Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, “yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə “Şərq”ə deyib ki, o, idarəetmədə gənc kadrlara üstünlük verilməsinin tərəfdarıdır. JAM rəhbərinin sözlərinə görə, yaxşı təhsil almış, xalqını, Vətənini sevən, rüşvət və korrupsiyaya bulaşmamış gəncləri irəli çəkmək, onlara etimad göstərmək lazımdır:
“Bu sualı əvvəllər də səsləndirmişəm. Necə olur ki, 18 yaşlı gəncə Vətəni qorumağı etibar edirik, amma kiçik bir vəzifəni etibar etmirik? Gənc kadrlara etimad göstərməkdən qorxmamalıyıq. Məsələ ondadır ki, biz uzun illər “köhnə qvardiya”nın rəhbərliyi altında yaşadıq və işlədik. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin başında dayandığı bu komanda Azərbaycanın heç bir problemini həll etmədi. Əksinə, problemlər üst-üstə qalaqlandı, sələflərindən xələflərinə ötürüldü. Əgər indiyə kimi 7 icra başçısı həbs olunubsa, bu, ilk növbədə “köhnə qvardiya”nın “mərifətidir”. Çünki onlar rüşvətsiz yaşaya, işləyə bilmirlər. Əlbəttə, köhnələrin hamısının pis, yenilərin ideal olduğunu iddia etmək doğru olmazdı. Rüşvət alıb-almamaq əxlaq məsələsidir, bunun yaşla-başla heç bir əlaqəsi yoxdur. Fazil bəy iradlarında haqsız deyil, əgər bütün gənc kadrlar yerində olsaydı, ölkədə bu qədər problem olmazdı. Görünür, deputat olduğu üçün onun bu barədə daha çox məlumatı var. TƏBİB-in sabiq rəhbəri Ramin Bayramlı da gənc kadr idi. Amma Oqtay Şirəliyevin ölənlərinə rəhmət oxutdurdu. Kadr seçimi həssas məsələdir, yüz ölçüb-bir biçmək lazımdır. Bəzən deyirlər ki, filan posta təyinat alan gənc Amerikada oxuyub, ingilis dilini bilir və s. Məncə, ingilis dilini deyil, xalqın dilini bilən adamlara vəzifə verilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
02:42 07.05.2026
Dünya
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm