Sığınacaqdakı qadınlar ciddi basqı altında qalırlar
Sığınacaqdakı qadınlar ciddi basqı altında qalırlar
Yusif Nəzərli
00:22 19.03.2022
Cəmiyyət
672
Bəzi xanımların həyat yoldaşları onları zor gücünə oradan aparmaq istəyirlər
"Amma evdə də dolandırmır, biri dəlidir, xəstədir, digəri narkomandır"
"Qadınların tibbi və məişət problemlərinin bəzisini həll edə bildik. Digər problemlərlə də məşğulam, inşallah, nəticəyə nail olacağıq"
Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin qadın sığınacağında olub. Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova feysbuk səhifəsində məlumat verib. QHT rəhbəri bildirib ki, deputat R.Nurullayev qurumun və sakinlərin problemlərini dinləyib. Hətta bir neçə problemlə bağlı elə yerindəcə müvafiq qurumlara müraciət edərək həllinə nail olub. Parlament üzvü bir sıra problemləri Milli Məclisdə gündəmə gətirəcəyinə də söz verib. Mehriban xanım buna görə millət vəkilinə təşəkkürünü bildirib: “İttiham etməyə nə var ki, əsas odur ki, problemlərin həllində dəstəyini verəsən. Təşəkkür edirəm dəyərli millət vəkilimizə! Görüşdə millət vəkilimiz tezliklə sığınacaqların problemini Milli Məclisdə səsləndirəcəyini vurğuladı”.
Ziyarətlə bağlı “Şərq”ə danışan millət vəkili Razi Nurullayev müxtəlif səbəblərdən sığınacağa pənah aparmış qadınların çoxsaylı problemlərinin olduğunu deyib. Deputat bildirib ki, maddi və sosial çətinliklərlə yanaşı, psixoloji məqamlarla bağlı da problemlər mövcuddur:
“Digər məqam sığınacaqda olan qadınların qanunvericilik baxımından zəif müdafiəsi və sosial problemlərinə biganəlikdir. Ümumiyyətlə, bütün dünyada belə problemlərlə QHT-lər, ictimai birliklər məşğul olur. Dövlət və biznes strukturları isə onlara köməklik göstərir. Əslində bəlli qeyri-hökumət təşkilatlarına dövlət büdcəsindən məhz ona görə maddi vəsait ayrılır ki, bu işi peşəkarlıqla həyata keçirsinlər.
QHT-lər üzərlərində nəzarət olduğunu bildikləri və neytral, heç kimdən asılı olmadıqları üçün öhdəliklərini layiqli və səliqəli şəkildə yerinə yetirməyə çalışırlar. Azərbaycanda da bu prosesə dövlət daha çox qayğı göstərməlidir. Yetərincə qayğı yoxdur. Hesab edirəm ki, qadın sığınacaqları təşkil edən, qadınların problemləri ilə məşğul olan ictimai təşkilatlara dövlət orqanları tərəfindən müxtəlif vasitələrlə qrantlar verilməlidir. Sığınacaqların bütün kommunal xərcləri dövlət vəsaiti hesabına ödənməlidir. QHT-lərin bunu etməyə maddi imkanı yoxdur. Ayrı-ayrı adamlardan, təşkilatlardan yardım istəyirlər. Biz də partiya olaraq ora gedəndə yardım aparmışdıq. Kommunal xərcləri dövlət ödəsə, ona sərf edilən pulları qadınların, uşaqların digər problemlərinə, məktəb xərclərinə, geyimə verərlər. İş adamları bu sahəyə yardım edərsə, onlara müəyyən vergi güzəştləri, imtiyazlar verilməlidir. Sığınacaq adı evdə fəaliyyət göstərir, oranı kirayəyə götürüblər. Sığınacağın su pulu məsələnin həlli üçün "Azərsu" ASC-nin rəhbərliyi ilə danışdım. Qurum rəhbərliyi məsələni həssaslıqla qarşıladı və həll edəcəyinə dair söz verdi”.
R.Nurullayev vurğulayıb ki, sığınacaqdakı qadınların həkim və sığorta problemləri var:
“Zaman-zaman psixoloji təzyiqlərlə üzləşirlər. Bəzi xanımların həyat yoldaşları onları zor gücünə oradan aparmaq istəyir, orada qalmağını istəmir. Amma evdə də dolandırmır, biri dəlidir, xəstədir, digəri narkomandır və s. Yəni sığınacaqdakı qadınlar ciddi basqı altında qalırlar.
Mən bununla bağlı Sığorta Agentliyinin sədri Zaur Əliyevlə danışdım. Zaur müəllim problemdən məlumatsız olduğunu söyləyərək, məsələ ilə ciddi şəkildə məşğul olacağını bildirdi. Qadınların tibbi və məişət problemlərinin bəzisini həll edə bildik. Digər problemlərlə də məşğulam, inşallah, nəticəyə nail olacağıq.
Hər kəs üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirsə, vətəndaşlarımızın canı inciməz, hökumətdən də narazılığı qalmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya