Siqaret kötüklərini küçələrdən özəl şirkətlər toplayacaq
Siqaret kötüklərini küçələrdən özəl şirkətlər toplayacaq
Yusif Nəzərli
07:11 11.01.2023
Cəmiyyət
514
İspaniya hökuməti maraqlı qərar verib. Hökumətin qərarıyla bundan sonra küçələrdə yerə atılmış siqaret kötüklərini özəl şirkətlər toplayacaq. Qərara görə, şirkətlər topladıqları siqaret kötüklərini tullantı mərkəzlərinə təslim etməlidir. Bu qərar Avropa Birliyinin ətraf mühitin qorunması üzrə icrasına başladığı layihələrindən biridir.
Layihəyə əsasən, küçələrdə, digər ictimai yerlərdə, həmçinin dəniz sahilində yerə atılmış siqaret kötükləri toplanmalıdır.
Bu iş isə siqaret şirkətlərinin üzərinə vəzifə olaraq qoyulur. Tütün şirkətləri siqaret kötüklərini toplamalı və tullantıların emal edildiyi müəssisələrə təhvil verməlidirlər. Lakin qaydalar hələ də tam dəqiqləşməyib. İspaniyadakı tütün istehsalçısı şirkətlər qaydalar barədə məlumatlandırılmadıqlarını bildiriblər.
Tütün şirkətlərinin bu iş üçün çəkəcəyi xərcin siqaretin qiymətinə nə dərəcədə təsir edəcəyi də hələ bilinmir. İctimaiyyət isə yeni qərarı dəstəkləyir. 2020-ci il statistikasına görə, İspaniyada yetkinlik yaşına çatmış nüfuzun 5-də 1-i siqaret çəkir.
Aralıq dənizinin qərb sahillərində tullantıların böyük hissəsini isə məhz siqaret kötükləri təşkil edir. Bunun ətraf mühitə böyük zərəri nəzərə alınaraq İspaniya hökuməti ictimai çimərliklərdə açıq havada siqaretdən istifadəni qadağan edib, qadağanı pozanlar 30 avro miqdarında cərimələnir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol