Ermənistan parlamenti “Tramp marşrutu” ilə bağlı sazişi ratifikasiya edib

  • Sazişin lehinə 63 deputat, əleyhinə isə 32 deputat səs verib

Ermənistan parlamenti TRIPP nəqliyyat marşrutu ilə bağlı sazişi ratifikasiya edib.

Sherg.az xəbər verir ki, sənədin lehinə 63 deputat, əleyhinə isə 32 deputat səs verib. Müxalifətdəki “Güclü Ermənistan” və “Ermənistan” fraksiyaları sazişin əleyhinə çıxıblar.

Bundan əvvəl sənəd parlamentin Xarici əlaqələr komissiyasında, daha sonra isə plenar iclasda geniş müzakirələrə səbəb olub.

Bir gün əvvəl parlamentdə çıxış edən Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan layihənin Bakı ilə sülh müqaviləsi imzalanmazdan əvvəl də həyata keçirilə biləcəyini bildirib. O, TRIPP və digər birgə təşəbbüslərin reallaşdırılmasının özlüyündə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına töhfə verə biləcəyini istisna etməyib.