Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb

Ermənistanın baş naziri Nikol Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması və danışıqların aparılması üzrə işçi qrupu yaradıb.

Sherg.az xəbər verir ki, komissiyaya Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin, Silahlı Qüvvələrin Baş Qərargahının, Milli Təhlükəsizlik Xidmətinin və Dövlət Kadastr Komitəsinin nümayəndələri daxil ediləcək.

Qeyd edək ki, Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan daha əvvəl TRIPP marşrutunun layihələndirilməsi ilə bağlı hazırlıq işləri çərçivəsində sərhəd bölgəsində olub. Marşrutun Ermənistanın Sünik vilayətindən keçərək Azərbaycanın Naxçıvanla quru əlaqəsi qurmasına imkan verməsi nəzərdə tutulur.