“Siyasi partiyalara olan diqqət QHT-lərə göstərilmir” – Ofis verilsin!
Yusif Nəzərli
14:50 11.03.2022
Cəmiyyət
655
Jurnalist Ekspert Mərkəzi” ( JEM ) İctimai "Birliyinin sədri, “Rupor.az” saytının baş redaktoru Ceyhun Musaoğlu feysbuk hesabında paylaşım edib.
"Sherg.az"ın məlumatına görə, C.Musaoğlu qardaşının həyətinin bir küncündən verdiyi 15 kvadrat metrlik ərazidə JEM-ə ofis tikir:
"Ustası var, fəhləsi özüməm. JEM-in fəaliyyətini gücləndirmək qərarı vermişik. İcarə ofislər bahadır, mən də balıq bürcündənəm. Mane ilə üzləşən kimi sivişib üzməyə yer axtarıram. İnşallah bu günə qədər ofisə yönəltdiyimiz xərclərə bundan sonra qənaət etmiş olacağıq, cüzi də olsa o məbləği cəmiyyətin inkişafına sərf etməyə cəhd göstərəcəyik. Hər kəsin həm yaşamaq, həm də işləmək üçün öz damı olmalıdır".
C.Musaoğlunun paylaşımı dövlət tərəfindən Qeyri Hökumət Təşkilatlarına ( QHT ) ofis verilməsi məsələsini gündəmə gətirib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti siyasi partiyalara ofis sahəsi ayırmasına baxmayaraq QHT-lər niyə diqqətdən kənarda qalıb?
Durum ilə bağlı "Sherg.az"a açıqlama verən Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni 20 ildir, bu məsələylə məşğul olduqlarını bildirib:
'Hökumət qanun çərçivəsində QHT-yə , vətəndaş cəmiyyətinin subyektlərinə , institutlarına müvafiq yer ayrılmasına diqqət göstərilməlidir. Qanunda da bu öz əksini tapıb. QHT yaranıb dövlət qeydiyyatına alınırsa, dövlət qurumları ona ofis verməyə borcludur. Siyasi partiyalara ofis verilməsi onlara da aiddir. Dövlət Əmlak Komitəsinə, İqtisadiyyat Nazirliyinə, Prezidentə müraciət etmişdim. Sadəcə olaraq müraciətlərə baxılmır. Birmənalı olaraq siyasi partiyalara göstərilən qayğı QHT-lərə göstərilmir. Prezidentin sərəcamı ilə, vətəndaş cəmiyyətinə diqqət ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyi yarandı. Sərəncamda inzibati binanın 1 ay müddətində istifadəyə verilməsinin məsələsi vardı. 1 ildir yaradılmasına baxmayaraq, hələ də bina yoxdur, icarədədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə