
Südəmər uşağa spirtli içki verdilər! – Reaksiya: “Böyük fəsadları var”
Südəmər uşağa spirtli içki verdilər! – Reaksiya: “Böyük fəsadları var”
Yusif Nəzərli
11:28 08.12.2022
Cəmiyyət
448
Azyaşlıya spirtli içki verən şəxs cəzalandırılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, azyaşlıya spirtli içki verərək görüntülərini sosial şəbəkədə yayan şəxs Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 189.1-ci (uşaqların təlim-tərbiyəsi vəzifələrini valideynlər və onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

Faktla bağlı "Sherg.az"a danışarkən psixoloq Əfsanə Rüstəmova qeyd edib ki, bu, xilas olmamız gərəkən axmaq bir “ənənə”dir:
“Motiv olaraq belə izah edilə bilər, bir uşağa hələ qundaqda ikən “kişi olduğunu” aşılamaq üçün içki dadızdırılır. Lakin əlbəttə ki, bu kökündən yanlış yanaşmadır”.
Psixoloqun sözlərinə görə, bu məsələdə davranışı yüksək bir cəmiyyətə, dünyagörüşlü insanlara və özünü idarə edə bilən valideynlərə ehtiyacımız var:
“Spirtli içkinin böyüklərdə yaratdığı fəsadlarla bağlı tibbi məqalələr oxuya bilərik. Hətta inkişafı tamamlanmış orqanizmdə belə fəsadlara yol açan bu zərərli içkini böyüməkdə olan azyaşlılara verərək onların formalaşmalarını əngəlləmiş oluruq. Bu isə gələcəkdə daha böyük fəsadlara gətirib çıxara bilər.
Müsbət düşünmək istəyirik ki, bu insanlar “əylənmək üçün” belə edib və bu sadəcə göstərmək xatirinədir. Çünki əks halda anlağı yerində olan bütün insanlar bilməlidir ki, “qida rasyonu ana südündən ibarət olan uşağa alkaqol vermək” ən yumşaq ifadə ilə desək “yaxşı bir şey deyil!”.
Şərqiyyə NƏBİ
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət